“Bu, ləkədir…” – DEPUTATDAN SƏRT TƏPKİ

“Milli Oftolmologiya Mərkəzinə bir xəstə göndərdim ki, yoxlanıb əməliyyat olunsun. Amma xəstə mənə dedi ki, əməliyyatı Azərbaycanda etmək mümkün deyil və məni İrana göndərin.

Mən də Milli Oftolmologiya Mərkəzinə zəng edib dəqiqləşdirdim və mənə dedilər ki, Azərbaycanda gözün buynuz qişasının əməliyyatı, transplantasiyasına görə lazım olan buynuz qişa toxumalarının ölkəyə gətirilməsi və bu əməliyyatın keçirilməsi qadağandır”.

Etikxeber.az-ın xəbərinə görə, bunu deputat Qənirə Paşayeva 2017-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deyib.

O, bildirib ki, gözün buynuz qişasının toxuma əməliyyatlarının Azərbaycanda keçirilməsinin qadağan olunması və bu toxumaların xaricdən ölkəyə gətirilməsinin qadağan edilməsi səhiyyənin adına ləkədir:

“Buynuz qişa toxumalarının xarici ölkəyə gətirilməsinə və bu növ göz əməliyyatın keçirilməsinin qadağan olunması ilk növbədə səhiyyəmizin adına müsbət hal deyil. Bu gün yüzlərlə insan gözün buynuz qişasının əməliyyatına görə növbələrdədir. Amma bu cür qadağalara görə az qalsın ki, minlərlə insan göz nurundan məhrum qalsın. Xahiş edirəm ki, bu cür qadağalar aradan qaldırılsın”.

Etikxeber.az

Read Previous

İlham Əliyev yenidən prezident seçildi…

Read Next

Neftin qiymətinin kəskin dəyişməsi iqtisadi vəziyyətə ciddi təsir edir – SEKUTA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir