Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
“Yerli icra hakimiyyət orqanları bələdiyyələrin fəaliyyətini məhdudlaşdırır”.
Etikxeber.az məlumat verir ki, bunu Milli Məclisin (MM) Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə parlament komitələrinin birgə iclasında gələn ilin büdcə zərfinin müzakirəsi zamanı bildirib.
Komitə sədri qeyd edib ki, bu il bələdiyyələrə subvensiya ayrılması məsələsi hələ də öz həllini tapmayıb:
“Bələdiyyələrə ayrılan vəsaitin bir hissəsi subvensiya şəklində olsun. Bunun mahiyyəti odur ki, bələdiyyə konkret müvafiq layihəni icra etsin. Məsələn, gələn il bələdiyyələrə 5,2 milyon manat ayrılıb. Olmazdı ki, bu, subvensiya formasında ayrılsın?”.
Millət vəkili bildirib ki, 2016-cı ildə bələdiyyələr tərəfindən 30 layihə hazırlansa da, heç biri keçməyib:
“2018-ci ildə isə ümumiyyətlə, bələdiyyələrin layihəsi barədə heç nə əksini tapmayıb. Bu, laqeydlikdirmi? Bu, nə deməkdir?”.
Komitə sədri hökumət tərəfindən bu məsələlərə aydınlıq gətirilməsini tələb edib.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az