“Bu mənəvi bağlılıqdan qürur duyur və Azərbaycanın işıqlı gələcəyinə inanırıq”-JALƏ ƏLİYEVA ALİ BAŞ KOMANDANI TƏBRİK ETDİ

Filoligiya elmləri doktoru, professor, Milli Məclisin Ailə, qadın və uşaq məsələlərikomitəsinin sədr müavini Jalə Əliyev öz “Facebook” səhifəsində ölkə Prezidenti, Ali Baş Komandan İlham Heydər oğlu Əliyevi növbəti doğlum günü münasibəti ilə təbrik edib.

Etikxeber.az-ın xəbərinə görə, təbrikdə deyilir:

“Əziz Prezidentim, Dəmir yumruqlu, qətiyyətli, yenilməz Ali Baş Komandanım!

Nəyi nə zaman necə etmək lazım olduğunu hamıdan yaxşı bilən Liderim! Siz Azərbaycanımıza 17 illik rəhbərliyinizlə ölkəmizin bütün sahələrdə əldə etdiyi ölçüyəgəlməz uğurlara öz silinməz imzanızı ataraq QURUCU PREZİDENT, İSLAHATÇI PREZİDENT, NÜFUZLU PREZİDENT adlarını qazanmasınız. Növbəti yaşınıza isə Azərbaycan xalqı qarşısındakı əvəzsiz və fədakar xidmətlərinizə görə XİLASKAR PREZİDENT, XALQ QƏHRƏMANI, MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN adları ilə daxil olursunuz.

Möhtərəm Prezidentim! Siz hər bir azərbaycanlının prezidenti olmağı bacaran Prezidentsiniz! Siz hər bir azərbaycanlının qəlbində taxt qurmusunuz. Öz əməllərinizlə Sevgi taxtı, Ehtiram taxtı, Əbədi Liderlik taxtı qurmusunuz! Biz xoşbəxt xalqıq ki, sizin kimi müdrik, cəsur prezidentimiz var. 44 günlük Vətən müharibəsində verdiyiniz qətiyyətli qərarlarla, atdığınız dönməz addımlarla cəsur bir sərkərdə, məntiqi düşüncələriniz və gerçəkləri əks etdirən mesajlarınızla yenilməz bir rəhbər olduğunuzu bir daha nümayiş və sübut etdiniz.

Bir-birinə bağlı olan bu iki amil şanlı Azərbaycan ordusunun zəfər qazanmasında və bu qələbənin dünya birliyinə qəbul etdirilməsində həlledici gücə çevrildi.Ulu Öndər, ölməz Heydər Əliyevin möhtəşəm əsəri olan, ötən illər ərzində bu əsəri böyük bir sevgiylə daha da canlandırdığınız, qurub yaratdığınız Azərbaycanın xoşbəxtliyi sizin xoşbəxtliyinizdir.

Sizin xoşbəxtliyiniz isə hər bir Azərbaycan vətəndaşının xoşbəxtliyi deməkdir. Bu mənəvi bağlılıqdan qürur duyur və Azərbaycanın işıqlı gələcəyinə inanırıq.

Allah sizi qorusun! Hər zaman var olun! Hər zaman bizimlə olun!”

Etikxeber.az

Read Previous

“Modern idarəçilik mədəniyyəti…İnformasiya blokadasının yarılması…”-ZİYAD SƏMƏDZADƏ YAZIR – (BİRİNCİ HİSSƏ)

Read Next

“Vaksinasiyaya artıq gələn ilin əvvəlindən başlanılacaq”-NAZİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir