“Bu, mənim fəndim deyildi, ona görə də…” – HİDAYƏT HEYDƏROV

İkinci Avropa Oyunlarında arzum yalnız qələbə qazanmaq idi. Lakin bürünc medal uğrunda görüşdə belə asanlıqla qalib gələcəyimi gözləmirdim. Rəqibim tanınmış cüdoçudur, olimpiya çempionudur. Buna baxmayaraq görüşə çıxan kimi təmiz qələbə qazandım.

Etikxeber.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında “Minsk 2019” II Avropa Oyunlarında 73 kiloqram çəki dərəcəsində bürünc medal qazanan Azərbaycan cüdoçusu Hidayət Heydərov deyib.

H.Heydərov bildirib ki, gürcüstanlı Laşa Şavdatuaşvili ilə görüş zamanı 51 saniyəyə ipponun baş verəcəyini gözləməyib: “Bu, mənim fəndim deyildi, çünki özüm daha çox aşağı nahiyədən ipponu sevirəm. Sadəcə, həmin anı tuta bildim”.

O, ikinci Avropa Oyunlarında cüdo idman növündə ilk medalı əldə etməsinə sevindiyini də vurğulayıb.

Etikxeber.az

Read Previous

Ərdoğan təbrik etdi, Kılıcdaroğlu “dünya Türkiyə ilə qürur duyur”-dedi, Soylu “istefa” qışqıran AKP-lilərə əsəbləşdi…

Read Next

“Demokratiyanı, inkişafı, ədaləti inşa edəcəyik…” – İMAMOĞLU “BEYLİKDÜZÜ”NDƏ ÇIXIŞ EDİR – YENİLƏNİB – (12)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir