“Bu millətin köksü dolusu xoşbəxt olmaq haqqı var!”- RAFAEL HÜSEYNOV

SON BEŞ GÜNÜN BİRİNCİSİ

Qaldı bircə həftə.

Seçki öncəsi görüşlər keçirmək, rayonlarımın həyatına bir az da dərindən nüfuz etməkçün daha 5 günüm var.

Hərçənd il boyu mən onsuz da, Həm Hacıqabula, həm Kürdəmirə dəfələrlə səfər edirəm, insanlarla görüşürəm, Bakıya qəbuluma gələnlər, məktub yazanlar da çox olur. Amma seçki öncəsi təbliğat-təşviqat mərasimlərinin bir özəlliyi var ki, sən bütün başqa işlərdən ayrılırsan, heç kim də səni narahat etmir, oar-bura, müxtəlif tədbirlərə çəkmir, anlayırlar bu elə mərhələdir ki, sən hər gün seçicilərinlə olmalısan.

Məhz bu da daha çox səsi yaxından eşitməyə, gedişatın nəbzindən daha həssaslıqla yapışmağa imkan yaradır. Strasburqdan, Avropa Şurasının qış sessiyasından qayıdan kimi Hacıqabula fevralın 3-dəki gəlişimdə şəhər Folklor Klubuna toplaşanları Fransaya səfərimlə bağlı təfərrüatlar daha çox maraqlandırır.

“Öz məslələrimizlə bağlı məktublar yazmışıq, görüşün sonunda təqdim edərik, yaxşısı budur, orada baş verənlərdən danışın, Qarabağ məsləsində nə irəliləyiş var, niyə Azərbaycana qarşı təzyiq göstərən qüvvələr belə fəallaşıblar, bizim heç bir ölkəylə işimiz yoxdur, niyə bizə diş qıcadanlar, dil uzadanlar belə çoxdur, Avropa Şurasındakı o anti qüvvələri yönəldən kimlərdir, hansı mərkəzlərdir?

Bu sadə insanlar, hərəsinin özünə görə qayğısı olan bu el-oba camaatı sanki bu saatda şəxsi məsələlərini unudublar, onalrın hamısını – yaşlısını da, cavanını da, qadınını da, kişisini də Azərbaycanın taleyi ilə bağlı problemlər öz dərdlərindən də artıq narahat edir. Və buna çox sevinirəm. Axı bu insanları necə sevməmək olar, onların üzləşdiyi sıxıntılara, hansısa çətinliklərə necə biganə qalmaq olar?!

Bugünəcən bacardığımı etmişəm, bundan sonra da ikiqat artıq səy göstərəcəyəm.Axı mənim həmişə ən böyük arzum olub ki, millətimiz məhz yekdil millət kimi ortaq dəyərlərimiz ətrafında daha sıx birləşin, insanlarımız daha vəhdətdə, daha həmrəy olsunlar.

Elə Hacıqabulun timsalında, bu zəhmətkeş, torpağa, işə-gücə bağlı insanların nümunəsində görürəm ki, istəklərimiz asta-asta necə çin olur, getdikcə birliyimiz, qəlbən, ruhən yaxınlığımız nə təhər artır.

Bu isə o deməkdir ki, qarşıdakı bütün hədəflərimizə doğru yolumuz hökmən uğurlarla müşayiət ediləcək!

Çalışacağıq, mübarizə aparacağıq, işləyəcəyik, bütün niyyətlərimizə də yetəcəyik!

Bu millətin köksü dolusu xoşbəxt olmaq haqqı var!

Rafael HÜSEYNOV,

Millət vəkili, Deputatlığa namizəd

Etikxeber.az

Read Previous

“Əgər bu biabırçı faktlar təkrarlanarsa, heç kim cəzadan yaxa qurtara bilməyəcək”- DÖVLƏT BAŞÇISINDAN SƏRT SÖZLƏR

Read Next

“Bankların işi ancaq oturub pul qazanmaq olmamalıdır…” – PREZİDENT – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir