“Bu, milli davamıza, Qarabağ davamıza xəyanətdir” – DEPUTAT

Azərbaycan Prezidenti İlham Əliyev mayın 13-də Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla, Belçikalıların Kralı Əlahəzrət Filip ilə görüşüdü. Hər iki görüşdə Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məlumat verərək Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal olunduğunu, münaqişənin həllinin yalnız BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında və ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu diqqətə çatdırdı. Söhbət zamanı ölkələrimiz arasında iqtisadi əməkdaşlıq məsələlərinə toxunuldu, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olundu və Prezident İlham Əliyevin Belçikaya səfərinin ikitərəfli münasibətlərin genişləndirilməsinə töhfə verəcəyi bildirildi. Bu görüşlər hazırki mərhələdə milli maraqlarımızın təmin olunması , torpaqlarımızın işğaldan azad olunması istiqamətidə atılan mühüm addımlar kimi qiymətləndirilməlidir.

Bunu Etikxeber.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.

O, qeyd edib ki, ancaq milli maraqlarımızın təmin olunması üçün atılan bu addımlar antiazərbaycançı mərkəzləri narahat edir və təssüf ki bəzən bizə qarşı öz vətəndaşlarımızdan istifadə edirlər.

“Özünü azərbaycanlı hesab edən heç bir kəz ermənipərəst mərkəzlərin belə ucuz oyunlarına alət olmamlıdırlar. Çünki  ölkə Prezidentinin səfəri zamanı təşkil edilən bu cür aksiyalar Azərbaycan hakimiyyətinə qarşı deyil, Azərbaycan dövlətinə , milli maraqlarımız qarşıdır.

Belə mövqe Azərbaycanın milli davasına, milli maraqlarımıza, Azərbaycan xalqının məqsədlərinə xəyanətdir. Ermənilər müxtəlif vasitələrə əl atmaqla Azərbaycanı öz ərazi bütövlüyünü bərpaetmə məqsədlərindən yayındırmağa çalışırlar.

hikmet-babaoqlu

Şübhəsiz ki, Azərbaycan diplomatik münasibətlərədən , öz beynəlxalq nüfuzundan istifadə edərək ermənilərin törədə biləcəyi təxribatların qarşısını alır.

Ancaq təssüf ki vətəndaşlıq məsuliyyəti və milli təssübkeşliyi lazımi səviyyədə olmayan bəzi şəxslər ermənilərin əlində alətə çevrilməklə belə aksiyalar keçirməyə cəhd edirlər. Bu, yolverilməzdir, bu, milli davamıza, Qarabağ davamıza xəyanətdir.

Bu cür insanların Azərbaycanlı adına iddia etməyə mənəvi haqları yoxdur . Biz torpaqlarımızı yalnız milli birlik və ümummilli mücadilə nəticəsində azad edə bilərik.

Hamımız birdəfəlik bu həqiqəti bilməli və milli maraqlarımıza qarşı hər hans bir addım atmamalıyıq“-deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Xələf Xələfovla Laşa Darsaliya nəyi müzakirə etdi?

Read Next

“Bunu da bacaracağıq, bunu da edəcəyik…” – KAMİLƏ ƏLİYEVA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir