“Bu, Milli Məclisə hörmətsizlikdir” – YAP-çı deputat

Bahar Muradova Yevda Abramovun fikirləri ilə razılaşmadı

“Milli Məclisin İnsan hüquqları Komitəsinə daxil olan müraciətlər aiddiyyatı dövlət qurumlarına, nazirliklərə göndərilir. Amma bizə gələn cavabların sayı az olur. Bu, həm komitəyə, həm də Milli Məclisə hörmətsizlikdir”.
Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) İnsan hüquqları komitəsinin sədr müavini, YAP-çı deputat Yevda Abramov adıçəkilən komitənin yanvarın 19-da keçirilən iclasında deyib.
Onun sözlərinə görə, belə olan halda vətəndaş MM-dən incik düşür.

“Biz nəyisə gündəmə gəlmək üçün demirik. Bəzi deputatlar özlərini reklam edirlər. Deputatın təyyarədə içdiyi kofeyə qədər mətbuatda yazılar gedir. Reklam nəyə lazımdır ki?!”-deyə, o, sözlərinə əlavə edib.
MM-in İnsan hüquqları komitəsinin sədri Bahar Muradova isə Y. Abramovun fikirləri ilə razılaşmayıb.
Vitse-spiker bildirib ki, dövlət qurumlarının MM-in göndərdiyi məktublara cavab verməməsi hörmətsizlik deyil.
“Yevda Abramovun fikirləri ilə razılaşmıram. Milli Məclisə nəyə cavab almaq istəyirsə, ona da cavab alır”-deyə, B.Muradova sonra bildirib.
Komitə üzvü Tahir Kərimli də Y. Abramovun fikirlərini dəstəkləyib.
Etikxeber.az

Read Previous

Parlamentin İnsan hüquqları komitəsi yaz sessiyasında ictimai müzakirələr, dinləmələr təşkil edəcək

Read Next

Vitse-spiker 114 vətəndaşı qəbul edib və…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir