Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
AKP-dən olan daha bir millət vəkili İstanbul Böyükşəhər bələdiyyəsinin başqanı Kadir Topbaşın və eks-spiker Bülent Arınçın damadlarının (kürəkənlərinin) “FETÖ”-çü kimi həbs olunub, sonra da sərbəst buraxılmalarına sərt təpki göstərib.
Etikxeber.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bu, millət vəkili Mehmet Mətinərdir.
O, adları çəkilən şəxslərin təxliyyələri ilə bağlı bunları deyib:
“…Niyə sərbəst buraxıldıqlarını sormayalım.
Biriləri bizi zalimliklə (!) suçlamasın deyə.
Biriləri də bizləri “dəlil durumunu bilmədən, hüquq nədir bilmədən danışır” suçlamasına məruz buraxmasın deyə.
O zaman belə soruşuram: Niyə həbs etdiniz?
Əlinizdə dəlil olmadığı halda, həbs edirsiniz, amma qüsura baxmayın, bu yargıya millətin güvəni, etibarı olmaz.
Dəlil olduğu halda, hansı nədənlə-səbəblə olursa- olsun buraxırsanız, o zaman da sizdən soruşarlar: Bu nə pərhiz, bu nə lahana turşusu?
Təkrarən və önəminə binaən söyləyirəm: İki gün sonra sərbəst buraxacağınız birini nə deyə həbs edərək, həm yargı qurumu olaraq özünüzə, həm də siyasət qurumu olaraq bizlərə sıxıntı yaşadırsınız?…”
Etikxeber.az