Bu, nə AŞPA, nə də Türkiyə üçün müsbət nəticələr verəcək – SƏMƏD SEYİDOV

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bu qurumun yaz sessiyasının gündəliyində olan “Türkiyədə demokratik təsisatların fəaliyyəti” adlı məruzə ətrafındakı müzakirələrdə çıxış edib.

Etikxeber.az-ın xəbərinə görə, o. deyib ki, Türkiyə hazırda çətin bir prosesdən keçir və həmin prosesdə biz bu ölkəyə dəstək olmalıyıq.

S. Seyidov qeyd edib ki, Türkiyəyə münasibətdə müsbət yanaşma, onun mövqeyinin dəstəklənməsi daha lazımlıdır, nəinki onun təcrid edilməsi və ya yenidən monitorinq prosesinə qaytarılması:

“Bu ölkəni yenidən monitorinq prosesinə qaytarmaq onun əməkdaşlığa bağlı hazır olmasına qarşı adekvat cavab deyil, əksinə, cəza tədbiridir. Bu, daha böyük problemlərə gətirib çıxara bilər. Belə addımın qəbul edilməsi Türkiyəni Avropa proseslərindən təcrid edəcək və vəziyyəti daha da çətinləşdirəcək.

Bu isə nə AŞPA, nə də Türkiyə üçün müsbət nəticələr verəcək. Türkiyə öz mövqeyini bəyan etməklə demək istəyir ki, o, əməkdaşlığa hazırdır.

Belə bir qərar qəbul etməklə biz, nə AŞPA-ya, nə də Türkiyəyə yaxşılıq etmirik, əksinə, bu təşkilat içərisində böhranın daha da dərinləşməsində maraqlı olan qüvvələrin dəyirmanına su tökürük” – deyə, S.Seyidov bildirib.

Etikxeber.az

Read Previous

“ABŞ-dan yardım almamasının ölkəmizin vəziyyətinə heç bir təsiri olmayacaq” – MİRZƏZADƏ

Read Next

Leyla Əliyeva MDU nəzdində Asiya və Afrika Ölkələri İnstitutunda olub – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir