Bu nazirliyə karantin rejimini pozanları cərimələmək-SƏLAHİYYƏTİ VERİLDİ…

Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxacaq qurumlar məlum olub.

Etikxeber.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” fərmana edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması)  nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, sahibkarlıq fəaliyyəti subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə isə həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi baxacaq.

İndiyə qədər  211-ci maddədə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxırdı.

Etikxeber.az

Read Previous

İlham Əliyev Trampı-TƏBRİK ETDİ…

Read Next

“Elə bilin ki, müharibədə, ön cəbhədəyik, digər tərəfdə isə koronavirusdur…”-PREZİDENTİN KÖMƏKÇİSİ – RAMİN BAYRAMLI YENİDƏN MƏTBUAT KONFRANSINA QATILDI – YAXIN GÜNLƏRDƏ 190 MANATIN VERİLMƏSİNƏ BAŞLANILACAQ – YENİLƏNİB – (5)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir