“Bu, o, demək deyil ki, kabel şəbəkəsində xaotik vəziyyət olmalıdır?!” – JALƏ ƏLİYEVADAN ETİRAZ

“Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi çox əhəmiyyətli, deyərdim ki, strateyi bir qanun layihəsidir. Təsadüfi də deyil ki, ötən müddət ərzində bu sənədlə bağlı dəfələrlə bir araya gəlmiş və müzakirələr aparmışıq. Parlamentin sonuncu iclasında da bu sənəd ciddi müzakirələrdən keçirildi və birinci oxunuşda qəbul olundu. Bu, onu deməyə əsas verir ki, belə bir sənədin qəbulu olduqca vacibdir”.

Etikxeber.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini, professor Jalə Əliyeva mayın 18-də adıçəkilən komitədə “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deyib.
Millət vəkili deyib ki, hər bir insan istənilən informasiyanı istənilən telekanal, kabel şəbəkəsi və digər texnoloji vasitələrlə qəbul edə və dinləyə bilərlər.
“Ancaq, bu, o, demək deyil ki, bu sahədə xaotik vəziyyətdə olmalıdır?! Bu, əsla belə deyil. Hesab edirəm ki, bu sahə mütləq tənzimlənməlidir, xüsusilə də, filtrasiya məsələsi ciddiləşdirilməli, sərtləşdirilməlidir. 
Çünki ölkəmiz mühaibə şəraitindədir, hər an düşmənin təxribatları, ideoloji-informasiya müharibəsi ilə qarşı-qarşıyayıq. Ona görə də filtrasiyadan kənar qalan kabel şəbəkəsi və onlar vasitəsilə yayımlanan xarici telekallar hər an ölkəmizə, mənəviyyatımıza ciddi zərər, ziyan vura bilərlər. Bu baxımdan da hesab edirəm ki, bu məsələdə çox diqqətli olmalıyıq”-deyə, J. Əliyeva sözlərinə əlavə edib.
Etikxeber.az

Read Previous

Rafael Hüseynov: “Onlar bildirdilər ki, iki ay öncədən necə xəbərdarlıq oluna bilər?!”

Read Next

“Azərbaycanda Türkiyənin elə kanalları translyasiya olunur ki…” – KOMİTƏ SƏDRİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir