Bu ölkə bir sıra elmi olimpiadalara ev sahibliyi edəcək…

Yaponiya tam orta məktəblərin şagirdlərinin iştirakı ilə 2018-ci ildən 2023-cü ilədək keçirilən bir sıra beynəlxalq elmi olimpiadalara ev sahibliyi edəcək.

Etikxeber.az NHK telekanalına istinadla xəbər verir ki, hər il dəqiq və təbii elmlər üzrə keçirilən beynəlxalq olimpiadalardan beşinin Yaponiyada keçirilməsi planlaşdırılır. Bura riyaziyyat, kimya, biologiya, fizika və informatika fənləri üzrə olimpiadalar daxildir. Yaponiya həmin olimpiadaların Tokioda 2020-ci ildə keçiriləcək Olimpiya və Paralimpiya Oyunları ilə eyni vaxtda təşkilini xahiş edib.

Beləliklə Yaponiya paytaxtının yaxınlığında yerləşən İbaraki prefekturasında informatika üzrə olimpiadanın cari ilin sentyabrında keçirilməsi planlaşdırılır. Ölkənin qərbində yerləşən Naqasaki prefekturasında təşkil ediləcək biologiya fənni üzrə olimpiada isə 2020-ci ilin avqustunda keçiriləcək. Kimya üzrə olimpiadanı Osaka şəhəri 2021-ci ildə qəbul edəcək. Fizika və riyaziyyat fənləri üzrə olimpiadaların keçiriləcəyi yerlər hələlik dəqiqləşdirilməyib.

Beynəlxalq elmi olimpiadaların iştirakçıları hər bir ölkədə təşkil olunan yazı işi və eksperimental hissədən ibarət olan yarışlar nəticəsində seçilir.

Etikxeber.az

Read Previous

Tut Budağı, Ərik Budağı və Sarı Bülbülün nağılı – ELÇİN

Read Next

Yanğın zamanı 12 nəfər xəsarət aldı- NYU-YORKDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir