Bu ölkədə boşanma prosesi mürəkkəbləşdirilir – XÜSUSİ QANUN QÜVVƏYƏ MİNİB

Danimarkada boşanma prosesinin mürəkkəbləşdirilməsi haqqında qanun qüvvəyə minib.

Etikxeber.az xarici KİV-lərə istinadla bildirir ki, yeni qaydalara görə, indi Danimarkada boşanmaq istəyən valideynlər ayrılmazdan əvvəl məcburi kurs keçməli və üç ay gözləməlidirlər.

“Boşanmadan sonra əməkdaşlıq” adlanan kurs valideynlərə münasibətlərin pozulmasının nəticələrini, xüsusən, uşaqların gözü ilə nəzərdən keçirməyə imkan verir və boşanandan sonra necə ünsiyyət saxlamağı izah edir.

Kopenhagen Universitetinin əməkdaşları bildiriblər ki, bu rəqəmsal kurs cütlüklər boşananda yaranan ən mühüm sualların bəzilərinə cavab verir. Yeni kursda, məsələn, ad günlərini necə keçirmək, yaxud uşaqlar pərt olanda onlarla necə danışmaq kimi potensial münaqişə zonaları üçün konkret həllər təklif edən 17 modul təqdim olunub.

Kursun yaradıcılarından biri, Kopenhagen Universitetinin psixoloqu Martin Haldın sözlərinə görə, tədqiqatçılar 2015-2018-ci illər arasında bu modulları 2500 könüllü üzərində sınaqdan keçiriblər. “Alimlər 14 haldan 12-də görüblər ki, proqram psixi və fiziki sağlamlığa orta və güclü dərəcədə müsbət təsir göstərib, stress, depressiya, narahatlıq, fiziki və ya psixi gərginlik səviyyəsini azaldıb və iş yerində problemlərin qarşısını alıb”, – deyə Hald fikrini tamamlayıb.

Danimarka Statistika İdarəsinin məlumatına görə, uşaqların 85 faizinin öz valideynləri ilə birlikdə yaşadığı 1980-ci illə müqayisədə hazırda həmin rəqəm 70 faiz təşkil edir. Bu yeni siyasət qəbul edilənə qədər danimarkalılar qarşılıqlı razılaşdırılmış deyilən boşanmaya yetərincə tez nail olurdular. Bunun üçün yalnız onlayn-formanı doldurmaq lazım idi. Nə məhkəməyə, nə də gözləmə müddətinə ehtiyac vardı. Buna görə də Danimarka bütövlükdə sistemi dəyişdirmək qərarına gəlib.

Qeyd edək ki, qanuna edilmiş dəyişikliklərə görə, əgər boşanmaq istəyən valideynlər üç aylıq gözləmə dövrü ərzində kursu bitirməsələr, cütlük boşanmamış olacaq.

Etikxeber.az

Read Previous

Bu gün Sizin gününüzdür, gününüz mübarək! – KAMİL HƏMZƏOĞLU YAZDI

Read Next

Seçki, yoxsa, təyinat? – İKİNCİ VARİANTIN TƏRƏFDARLARI ÜSTÜNLÜK TƏŞKİL EDİR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir