Bu ölkədə dövlət qurumlarına “Facebook”-dan istifadə-QADAĞAN OLUNA BİLƏR…

Niderland hakimiyyəti dövlət qurumlarına “Facebook” sosial şəbəkəsindən istifadə etməməyi tövsiyə edib.

Etikxeber.az-ın xəbərinə görə, bu barədə Niderlan Hökuməti məlumat yayıb.

Məlumatların Mühafizəsi İdarəsi bildirib ki, dövlət orqanları “Facebook”dan əhali ilə əlaqə kanalı kimi istifadə etməməlidir.

Bildirilib ki, hökumət səhifələrinə daxil olan vətəndaşların şəxsi məlumatları ilə bağlı müəyyən anlaşılmazlıqlar var.

Onların kimliyi ilə bağlı dəqiq təsəvvür yoxdur.

Bu xüsusilə yetkinlik yaşına çatmayanlara aiddir.

Agentliyin bəyanatında deyilir ki, dövlətin “Facebook”dan istifadə risklərini mümkün qədər tez aradan qaldırması lazımdır.

Bildirilir ki, bu cür tədbirlər görülməzdən əvvəl dövlət qurumlarına bu sosial şəbəkədən istifadə etməmək tövsiyə olunur.

Etikxeber.az

Read Previous

Daha 39 ailə yola salındı-FÜZULİ ŞƏHƏRİNƏ

Read Next

Qardaşı Qazi, bibisi nəvəsi İkinci Vətən Müharibəsi, özü isə Antiterror Şəhidi olan-HƏM AĞDƏRƏLİ, HƏM DƏ OĞUZLU KƏNAN VAHİD OĞLU AĞAYEV VƏ YA MİNGƏÇEVİRLİ ŞƏHİD AİLƏSİ İLƏ BİRLİKDƏ ŞƏHİDİN OCAĞINI, AİLƏSİNİ ZİYARƏT… – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir