Bu ölkədə növbədənkənar parlament seçkilərinə start verilib…

Avstriyada növbədənkənar parlament seçkilərinə start verilib.

Etikxeber.az xəbər verir ki, seçkilərdə ölkə tarixində ən çox sayda – 16 siyasi qüvvə mübarizə aparır. Avstriya Sosial-Demokratlar Partiyası, Avstriya Xalq Partiyası, Yaşıllar Partiyası və Avstriya Azadlıq Partiyası ilə yanaşı, həmçinin fərqli siyasi görüşləri təmsil edən və ya tanınmış siyasi partiyalardan ayrılaraq öz müstəqil seçki kampaniyasını aparan siyasətçilərin rəhbərlik etdiyi hərəkatlar da seçki marafonuna qoşulub.

Yaşı 16-dan yuxarı ölkə vətəndaşları (6 milyon 401 min 304 nəfər) səsvermə üçün açılmış 10 min 191 seçki məntəqəsində öz siyasi iradəsini ifadə etmək hüququna malikdir. Seçicilərin əhəmiyyətli bir hissəsi isə (889 min nəfər) səsvermədə məktub vasitəsilə iştirak etməyə üstünlük verib.

Seçki məntəqələri yerli vaxtla saat 17-də bağlandıqdan az sonra ilkin nəticələr elan olunacaq.

Qeyd edək ki, Avstriya Parlamenti (Milli Şura) 183 deputatdan ibarətdir. Parlamentdə təmsil olunmaq hüququnu əldə etmək üçün hər bir siyasi qrup seçicilərin azı 4 faiz səsini qazanmalıdır.

Etikxeber.az

Read Previous

“Bu da dünyada ən yaxşı göstəricilərdən hesab olunur…” – HADİ RƏCƏBLİ

Read Next

ÖZÜ BOYDA ÜRƏK – Rafael Hüseynov yazır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir