Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Litvada mayın 12-də keçirilən prezident seçkilərinin birinci turunda qalib müəyyənləşməyib.
Etikxeber.az-ın xəbərinə görə, seçiklərin ikinci turu iki həftədən sonra keçiriləcək.
Baş Seçki Komissiyasının saytında real vaxt rejimində səslərin hesablanması zamanı yerləşdirilən məlumatlara görə, birinci yeri 46,08% səslə ikinci müddətə yenidən seçilmək istəyən hazırkı prezident Gitanas Nauseda tutub.
Baş nazir İnqrida Simonyte 16,48% səslə ikinci olub. Məhz o, ikinci turda Nausėda ilə yarışmalı olacaq.
Qeyd edək ki, ümumilikdə prezidentlik yarışında səkkiz namizəd mübarizə aparıb.
Etikxeber.az