Bu ölkənin elektrik şəbəkəsi tam yenidən qurulacaq

Gürcüstan hökuməti ölkənin elektrik şəbəkəsini modernləşdirmək barədə qərar qəbul edib.

Etikxeber.az-ın məlumatına görə, ölkənin Energetika Nazirliyi elektrik şəbəkəsinin modernləşməsi ilə bağlı yeni planı Baş nazirə təqdim etmişdi. Baş nazir dekabrın 9-da planı təsdiq edib. Plana əsasən şəbəkənin yenidən qurulmasına 2017-ci ildə başlanacaq və 2027-ci ildə başa çatacaq. Bunun üçün 735 milyon avro sərf olunacaq.

Baş nazir Georgi Kvirikaşvili deyib ki, planda Gürcüstanın elektrik şəbəkəsinin əsaslı surətdə dəyişdirilməsi nəzərdə tutulub. Modernləşmə nəticəsində Gürcüstanın elektrik enerjisinin idxal və ixrac sistemi də dəyişəcək, ölkənin elektrik enerjisi sistemi tam təkmilləşəcək. Gürcüstanın regional elektrik şəbəkəsinə inteqrasiyası yaxşılaşacaq.

Gürcüstanın elektrik şəbəkəsinin modernləşməsinə beynəlxalq maliyyə institutları, o cümlədən Dünya Bankı, Avropa Yenidənqurma İnkişaf Bankı, Almaniyanın KfW bankı kredit ayıracaq.

Etikxeber.az

Read Previous

Şəhər əhalisinin mənzil təminatı 75 faizə çatdırılacaq

Read Next

Millətlər Kubokunun final mərhələsi 2019-cu ilin 5-9 iyun tarixləri arasında keçiriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir