Bu ölkənin paytaxtında ilk məscid-AÇILACAQ

Yunanıstanın paytaxtı Afinada yerli əhalinin etirazlarına baxmayaraq, Votanikos rayonunda ilk məscidin açılışı planlaşdırılır.

Etikxeber.az xarici mediaya istinadən xəbər verir ki, istifadəyə veriləcək məsciddə iyulun 31-i günü Qurban bayramının təntənəli şəkildə qeyd olunacağı da qeyd olunur.

Rəsmi statistikaya görə, Yunanıstanda müsəlmanların sayı 150-200 min nəfər arasındadır. Afina Avropa paytaxlarının arasında məscidin olmadığı son şəhər idi.

Qeyd edək ki, 1832-ci ildən başlayaraq Yunanıstanın heç bir hökuməti şəhərdə məscidin inşa edilməsinə icazə verməyib. Yalnız 2013-cü ildə hökumət məscidin inşa edilməsinə 946 min avro vəsait ayırıb.

Qərar müsəlman icması tərəfindən çox müsbət qarşılanıb.

Etikxeber.az

Read Previous

Nazim Babayev Tokio-2020-yə 13-cü lisenziyanı-QAZANDIRDI…

Read Next

“Qorbaçov bu illərdə hardasa Dağlıq Qarabağın Azərbaycana aid olduğunu deyibmi?” – POLİTOLOQDAN ETİRAZ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir