Bu ölkə BMT-nin baş katibi postuna namizədini dəyişdi

Bolqarıstanın Baş naziri Boyko Borisov avrokomissar Kristalina Georgiyevanın BMT-nin baş katibi postuna namizədliyinin irəli sürüldüyü barədə məlumat verib.

Etikxeber.az Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, Georgiyeva bundan əvvəl Bolqarıstan hökuməti tərəfindən irəli sürülən namizədi – UNESCO-nun Baş direktoru İrina Bokovanı əvəz edəcək.

Bir qədər əvvəl Borisov Bolqarıstanın BMT-nin başçısı postuna keçirilən seçkilərdə aralıq səsverməsinin nəticəsinə görə birinci və ya ikinci yeri tutacağı təqdirdə Bokovanın namizədliyini dəstəkləyəcəyini bildirmişdi. Sentyabrın 26-da baş tutan səsvermənin nəticəsinə əsasən Bokova namizədlər arasında yalnız 6-cı yeri tuta bilib.

Xatırladaq ki, qurumun Baş katibi postuna seçkilər iyul ayında BMT-nin Təhlükəsizlik Şurasında başlayıb. Bağlı qapılar arxasında keçirilən seçkilər mərhələli şəkildə bir neçə ay davam edəcək.

Etikxeber.az

Read Previous

“Avropada multikulturalizmin iflasa uğradığının şahidi oluruqsa…”- Dövlət müşaviri

Read Next

Avropa İttifaqı: “Bəzi çatışmazlıqlar qeydə alınıb…”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir