“Bu, ölkə, vətəndaşlar və sahibkarlar üçün fəlakət olacaq…”-DEPUTATDAN XƏBƏRDARLIQ

Vətəndaşların, biznesin, sahibkarların vəziyyətinin günü-gündən ağırlşamasının şahidi oluruq. Səbəb təhlükəli virusla bağlı tətbiq olunan sərt karantin rejimidir. Yoluxanların sayının azalmasına rəğmən 5 avqustdan başlayaraq yumşalmalar təbiq edilə bilər. Qorxum budur ki, karantin yumşalan kimi yoluxanların sayı artan xətt üzrə getsin. Yenidən sərt karantin tətbiq ediləcəkmi? Tətbiq edilsə, bu, ölkə, vətəndaşlar və sahibkarlar üçün fəlakət olacaq. Bir neçə dəfə söylədiyim məsələyə qayıdıram. Biz virusla bərabər yaşamağı öyrənməliyik. Bunun üçün də hər kəsin bildiyi həqiqətləri sərtləşdirmək lazımdır, amma karantini isə qaldırmaq, raonlara gediş-gəlişi açmaq zərurətdir.

Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili Razi Nurullayev deyib.

Qeyd edib ki, 40 dərəcə istidə yaşamaq çox çətinləşib. Hər kəsin bildiyi həqiqətlər isə sadədir: əllərini tez-tez yumaq, cibində spirt gəzdirmək, mütləq maska taxmaq, sosial məsafəni gözləmək. Cərimələr də tətbiq edilir. Bu sadə məsələlərə vətəndaşları əməl etməyə vadar etmək üzərində baş sındırmağa dəyər.

“Çünki, hələ də inanmayanlar var. Mən razıyam ki, yalan məlumat yayanlara, virusun olmadığını deyib vətəndaşların fikrini çaşdıranlara qarşı daha ciddi tədbirlər görülsün, amma sərt karantin qaldırılsın. 30 qəpiklik maskanı həftələrlə gəzdirənlər var. Hələ də virusu ciddiyə almayan vətəndaşların sayı çoxdur. Demək ki, biz oturub gözləsək, gərək bu ili sərt karantinlə başa vuraq, bu isə məhvə bərabərdir .Virusla yaşamağı öyrənək. Başqa yolumuz yoxdur. Sərt karantinin tam yumşaldılmasına getmək vacibdir…”-deyə, o, sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Təmas xəttində vəziyyət ordumuzun nəzarəti altındadır”- MÜDAFİƏ NAZİRLİYİ ERMƏNİSTANIN PİLOTSUZ UÇUŞ APARATLARININ VURULDUĞUNU, 2 ERMƏNİ HƏRBÇİSİNİN YARALANDIĞINI BİLDİRDİ – YENİLƏNİB

Read Next

“İftiradır, dezinformasiyadır…”-MÜDAFİƏ NAZİRLİYİ NƏCMƏDDİN SADIKOVLA BAĞLI TƏKZİB VERDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir