Bu ölkədə parlament seçkiləri-KEÇİRİLİR – YENİLƏNİB

Bu gün Tacikistanda ölkə üzrə 3412 seçki məntəqəsində Parlament seçkilər keçirilir. 

Etikxeber.az məumat verir ki, səsvermə yerli vaxtla saat 6:00-da başlayıb. 

Müstəqillik dövründən (1991-ci ildən) parlamentin aşağı palatasına keçirilən seçkilər hər beş ildən bir olmaqla sayca altıncıdır. 

Vətəndaşlar 63 deputatı seçəcək. Onlardan 41-i birmandatlı siyahı, 22-si isə partiya siyahıları üzrə seçilir.

Seçkidə 7 partiyanın (Tacikistan Xalq Demokratik Partiyası, Aqrar Partiya, İqtisadi İslahatlar Partiyası, Demokratik Partiya, Sosial Demokrat, Sosialist və Kommunist Partiyaları) namizədləri yarışacaq. 

Parlamentdə yer almaq üçün partiyalar 5 faizlik baryeri aşmalı, birmandatlı dairələrdə isə namizədlər ən azı 50 faiz səs toplamalıdırlar. 

Səsvermənin ilkin nəticələri martın 2-də Tacikistan Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən elan ediləcək.

Qeyd edək ki, millət vəkili Rüfət Quliyev də Tacikistandakı seçkiləri izləyir.

O, parlament seçkilərini MDB Parlament Assambleyasının və MDB İcraiyyə Komitəsinin xətti ilə müşahidə edir.

***

Tacikistan parlamentinin aşağı palatası – Məclisi Aliyə keçirilən seçkilər baş tutub.

Saat 15.00-ə olan məlumata görə, seçkilərdə 3 milyon 734 min 962 seçici səs verib, bu da vətəndaşların 71,1 faizi deməkdir.

Tacikistan qanunlarına görə seçicilərin 50 faizdən çoxu səs verdikdə seçkilər baş tutmuş hesab edilir.

Etikxeber.az

Read Previous

“Görüşlərin və danışıqların davamı olmalıdır” – ERKİN QƏDİRLİ

Read Next

Vətəndaşların ölkəyə qayıtması üçün İrandan Azərbaycana reys təşkil olunacaq- OPERATİV QƏRARGAH – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir