Bu, ölkəmizin növbəti qələbəsidir… – İLHAM ƏLİYEV

Bu gün ölkəmizin həyatında çox əlamətdar bir gündür. Bu gün “Azərspace 2” peykimiz orbitə çıxarıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik etmək istəyirəm. Bu, ölkəmizin növbəti qələbəsidir, dövlətimizin növbəti uğurudur.

Etikxeber.az xəbər verir ki, bu fikirlər “Azerspace-2” peykinin sentyabrın 26-da Fransa Qvianasında yerləşən Kuru kosmodromundan orbitə buraxılması ilə əlaqədar Prezident İlham Əliyevin Azərbaycan xalqına təbrikində səsləndirilib.

Dövlət başçısı qeyd edib ki, son beş ildə Azərbaycan orbitə 3 peyk çıxarıb. Azərbaycan bu gün dünyanın kosmik klubunun üzvüdür və dünyanın kosmik sənayesində öz mövqelərini möhkəmləndirir. Peyklərin orbitə çıxarılması dövlətimizin gücünü və bizim siyasətimizi göstərir.

“Bildiyiniz kimi, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi qeyd edilir. Mənim Sərəncamımla 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilmişdir. Eyni zamanda, gələn ay biz müstəqilliyimizin bərpasının 27-ci ildönümünü qeyd edəcəyik. Biz “Azərspace 2” peykimizin orbitə çıxarılmasını Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə, Azərbaycanın dövlət müstəqilliyinə həsr edirik”, – deyə Prezident İlham Əliyev bildirib.

Dövlət başçısı  sonra bildirib ki, peyklərin, eyni zamanda, kommersiya tərəfi var. Bu gün Azərbaycan öz məhsulunu ixrac edir və peyklərin fəaliyyəti nəticəsində ölkəmizə valyuta gəlir. Azərbaycanın kosmik sənayedə əldə etdiyi uğurlar, eyni zamanda, qeyri-neft sektorumuzu inkişaf etdirir:

“Azərspace 2” telekommunikasiya peykinin orbitə çıxarılmasını əlamətdar hadisə adlandıran Prezident İlham Əliyev deyib: “Azərbaycan qısa müddət ərzində dünyanın kosmik klubunun dəyərli üzvünə çevrilibdir. Azərbaycan qarşıya qoyduğu bütün vəzifələri uğurla icra edir. Bizim yolumuz inkişaf yoludur, tərəqqi yoludur və bu gün Azərbaycan dünyada müasir texnologiyaların inkişafında öz dəyərli sözünü deyir. “Azərspace 2” telekommunikasiya peykinin orbitə çıxarılması bizim növbəti tarixi qələbəmizdir. Bundan sonra da Azərbaycan yalnız uğurlar, qələbələr yolu ilə gedəcək”.

Etikxeber.az

Read Previous

Erməni separatçıları Putin və Makronun Bakıya səfərinə necə “hazırlaşıblar”?

Read Next

Azərbaycan-Rusiya münasibətləri region üçün çox vacib münasibətlərdir – DEPUTAT – RƏY(LƏR)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir