“Bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır…”-MM-İN KOMİTƏ SƏDRİNİN MÜAVİNİ

Ermənistanda hakimiyyət dəyişsə də, işğalçı dövlətin faşist və terrorçu mahiyyəti ortadadır.

Etikxeber.az xəbər verir ki, bu fikri mətbuata açıqlamasında Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

“Ermənistan hakimiyyətinin və təcavüzkarlığı, separatizmi təbliğ edən erməni millətçilərinin faşizm ideologiyasından qidalanması nəinki postsovet ölkələrinə, bütövlükdə dünya ictimaiyyətinə məlumdur. Bununla bağlı çoxsaylı faktlar mövcuddur. Bu reallığın bariz nümunələrindən biri işğalçı Ermənistanın əvvəlki hakimiyyəti tərəfindən İkinci Dünya müharibəsində faşizmə xidmət etmiş, Njde ləqəbi ilə tanınmış Qaregin Ter-Arutyunyana İrəvanın mərkəzində heykəl qoyulmasıdır”-deyən deputat bildirib ki, bütün beynəlxalq kürsülərdən Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin nəzərinə çatdıran Prezident İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunun toplantısında, MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında da Ermənistanın terrorçu mahiyyətini ifşa edərək reallıqların nədən ibarət olmasını bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb.

“Təəssüf ki, Ermənistanda hakimiyyətin faşist mahiyyəti dəyişməz olaraq qalır. Prezidentimizin qeyd etdiyi kimi, vaxtilə Ermənistanın Tərtər şəhərində, Ağdamın kəndlərində dinc əhalini bombalaması faşizmin təzahürüdür. Azərbaycanda quruculuq, abadlıq işləri aparılır, hər bir şəhərdə sosial obyektlər, gözəl olimpiya mərkəzləri, xəstəxanalar, məktəblər tikilir, yollar çəkilir, qazlaşdırma aparılır. Ermənistanda isə ondan-bundan dilənə-dilənə, güc-bəla ilə yaşayırlar, amma faşist Njdeyə 6 metrlik abidə ucaldırlar. Bugünkü Ermənistan rəhbərliyi faşist Njdeni “qəhrəman” kimi təqdim edir. Bu, onu göstərir ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır” – deyə, S.Fətəliyeva sonra vurğulayıb.

Etikxeber.az

Read Previous

Bu gündən iyunun 8-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Abşeronda küçəyə çıxmaq-QADAĞANDIR

Read Next

“Babamın adını bir dəfə fəxri adlar veriləcək sənətçilər siyahısına daxil ediblərmiş, amma səhəri gün məlum olub ki, onun adını çıxarıb, başqasının adını salıblar”-YAŞAR NURİNİN QIZI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir