“Bu, onların neytrallığına da kölgə saldı…” – MİLLƏT VƏKİLİNDƏN İTALİYA PARLAMENTİNƏ ETİRAZ

İtaliya parlamentinin Osmanlı imperiyasında qondarma “erməni soyqırımı”nı faktiki olaraq tanıyan qətnamə qəbul etməsini qınayırıq və sosial şəbəkələrdə fəal olan insanlarımızın,gənclərimizin fəal olaraq bu qərara etirazı İtaliya parlamentinin, millət vəkillərinin sosial media hesablarına italyan və ingilis dillərində göndərməsi və paylaşması lazımdır.

Bu, çox ciddi məsələdir.

İtaliya bir daha Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk qrupunun üzvü kimi neytrallığına kölgə saldı və Leqa Partiyasının bu qondarma “erməni soyqırımı”ndan Avropa Parlamentinə seçkilərdə səslərini artırmaq məqsədilə səhnələşdirdiyi oyuna İtalya Parlamentini alət kimi istifadə etməsi qəbuledilməzdir.

Özəlliklə sosial mediada çox təcrübəli olan insanlarımız, on minlərlə insan olaraq etirazımızı sosial media üzərindən İtaliya millət vəkillərinə, parlamentinə çatdırma məsələsində effektli yolları sosial şəbəkələr üzərindən gənclərlə bölüşsünlər ve fəal olma çağırışı etsinlər.

Bu, çox ciddi məsələdir.

Qardaş Türkiyə və Türk dünyası gəncliyini, İtaliyada yaşayan Türk kökənli insanları da etiraz səslərini sosial şəbəkələrdən İtaliya rəhbərliyi, parlamenti,  millət vəkilləri və ictimaiyyətinə çatdırmaqda fəal olmağa çağırırıq.

Hər kəs bu qərarı millət olaraq nə qədər qınadığımızı, etiraz etdiyimizi və gerçəkləri daim yaymaqda israrlı olduğumuzu və olacağımızı görməlidir.

Qənirə PAŞAYEVA,

Millət vəkili

Etikxeber..az

 

Read Previous

Havanın temperaturu 26 dərəcəyə yüksələcək

Read Next

Sabah hava necə olacaq?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir