“Bu, onların Paşinyana son xəbərdarlıqlarıdır…” – MİLLƏT VƏKİLİ

Ermənistanın Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyanın vəzifəsindən getməsiylə bağlı bizim ekspertlərin şərhlərini oxuyuram. Maraqlı yazıblar. Ancaq, fikrimcə, Vanetsyanın bu addımını onunla Nikol Paşinyan arasındakı qarşıdrumanın, yaxud da, fikir ayrılığının nəticəsi kimi qiymətləndirmək düzgün deyil.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Sahib Alıyev deyib.

“Vanetsyanla Paşinyan arasında Ermənistandakı sifarişli həbslərlə bağlı telefon danışıqları yayılanda bəndəniz bir məsələyə diqqət çəkmişdi. Qeyd etmişdim ki, yaxşı, Paşinyan hakimiyyətə küçədən gələn biridir, o üzdən də telefonu rominqdəkən dinlənilmə ehtimalının birə on artdığını bəlkə də bilmir, bəs uzun zaman Təhlükəsizlik Xidmətində çalışan Vanetsyan necə, o da bunu anlamırdı?

Anlayırdısa nə üçün o, xaricdə olan baş nazirlə ölkəsindəki operativ vəziyyəti və Köçəryanla Xaçaturyanın tutulması kimi bir sıra “incə” məsələləri açıq mətnlə danışırdı? O zaman da vurğulamışdım, indi də bu fikirdəyəm ki, Vanetsyan baş nazirlə danışıqlarının dinlənildiyinin yaxşı fərqindəydi”-deyən millət vəkilinin sözlərinə görə, sadəcə, bütün bunlar Paşinyanı gülünc və çıxılmaz vəziyyətdə qoymaq üçün reallaşdırılan bir əməliyyat idi.

pasinyannnnnn

“Ona görə də bildirmişdim ki, əgər hayları regionda vassal gözündə görənlərin dedikləriylə durub-oturmasa, gələcəkdə ən böyük zərbəni Paşinyana Vanetsyan endirəcək. Bu da baş verdi. Vanetsyan qapını çırparaq getdi. Gedərkən baş nazirlə komandasına bir “dayanın” da dedi. Amma bu “dayanın” sözü də onun özünün deyil, Vanetsyana vəzifəsindən getməyin vaxtının çatdığını bildirənlərin Paşinyana son xəbərdarlıqlarıdır…”-deyə, S. Alıyev sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

“Bəzi məktəblər var ki, nimdaş və bərbad gündədirlər…” – KOMİTƏ SƏDRİ

Read Next

Əfqanıstan prezidenti Qoşulmama Hərəkatının Zirvə toplantısına qatılacaq – BAKIDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir