“Bu, öz bəhrəsini artıq verməkdədir…” – ELDAR İBRAHİMOV

“Həyata keçirilən tədbirlər nəticəsində ölkədə kənd təsərrüfatı məhsulları istehsalının artımı, əhalinin keyfiyyətli ərzaq məhsulları ilə təminatının yaxşılaşması, təsərrüfatların maddi- texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılıb”.

Etikxeber.az xəbər verir ki, bu fikri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki,  kənd təsərrüfatı məhsulları istehsalçılarına büdcə vəsaiti hesabına yardımlar göstərilməsi davam edir.

Onun sözlərinə görə, ölkəmizdə bir çox ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi yüksəlib, bəzi məhsulların ixracı isə artıb.

“Aqrar sahədə daha çox əlavə dəyər yaratmaq, yeni iş yerləri açmaq üçün hökumətin fəaliyyəti nəticəsində bir çox rayonlarda yeni kənd təsərrüfatı məhsulları istehsalı və emalı müəssisələri yaradılıb, aqrobiznes obyektlərinin inşasına başlanıb, müasir texnika və texnologiyalar alınaraq fermerlərin istifadəsinə lizinq yolu ilə icarəyə verilib və ya satılıb, digər stimullaşdırıcı tədbirlər həyata keçirilib. Bildiyiniz kimi, ölkəmizin dayanıqlı və davamlı inkişafını təmin etmək üçün valyuta ehtiyatlarının artırılması əsas şərtlərdən biridir.

Bu istiqamətdə son illər iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun , o cümlədən aqrar bölmənin inkişafı üçün çox ciddi tədbirlər görülür. Bu məqsədlə çox doğru olaraq ölkəyə valyuta gətirən sahələr, xüsusilə pambıq, barama, tütün, çay və fındıq istehsalının artırılması istiqamətində konkret və təsirli işlər görülür və şübhəsiz ki, bu öz bəhrəsini artıq verməkdədir.

Bu günlərdə Prezident İlham Əliyevin  sədrliyi ilə Saatlı rayonunda pambıqçılığın inkişafına həsr olunmuş respublika müşavirəsi də xüsusi əhəmiyyət kəsb edən hadisədir. Bu müşavirədə dövlət başçısı pambıqçılığın inkişafına dair müvafiq tövsiyə və tapşırıqlar verdi. Əminik ki, dövlət başçısının xüsusi diqqəti nəticəsində Azərbaycanda  pambıqçılığın inkişafı daha böyük vüsət alacaq”- deyə, komitə sədri vurğulayıb.

Etikxeber.az

Read Previous

“Demək istəyir ki, başqa alternativiniz yoxdur, məndən ikiəlli yapışın…” – POLİTOLOQ

Read Next

DEPUTAT: “Görülən işlər yaxın perspektivdə yüksək nəticələrlə müşayiət olunacaq”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir