“Bu parlamentdə dövlətə hər hansı bir təhlükə yoxdur…” – ZAHİD ORUCDAN YAP RƏSMİSİNƏ CAVAB

Milli Məclisdə (MM) Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı sənədin müzakirəsi zamanı danışan parlamentin komitə sədri  Siyavuş Novruzov bəzi şəxslərin vaxtından əvvəl prezident seçkilərinin keçirilə biləcəyi barədə iddialarını şayiə adlandırıb. 

Etikxeber.az-ın məlumatına görə, deputat Zahid Oruc isə çıxışında  S. Novruzovun bu fikrinə sərt reaksiya verib. Z.Oruc deyib ki, kimin bu dövlət qarşısında xidmət göstərdiyi göz qarşısındadır.

“Bir çoxları bura göstərdiyi xidmətə görə gəlib. Onlar təsadüfdən gəlməyiblər. Odur ki, bu parlamentdə dövlətə hər hansı bir təhlükə yoxdur”. 

İntizam Komissiyasının yenidən formalaşdırılması barədəki təkliflərə toxunan Z.Oruc deyib ki, burada ixtisaslaşmış şəxslərdən söhbət gedir:

“İntizam Komissiyasının üzvləri  harda ixtisaslaşırlar?” .

Z.Oruc deyib ki, hətta, Rusiyanın özündə mandatdan etik davranışa görə məhrumetmə nümunəsi yoxdur.

Spiker Oqtay Əsədov  da  Z. Oruca belə reaksiya verib.

“Zahid Oruc, birincisi, de görüm sən referendumda iştirak etmisən? Səs vermisən? Cəmiyyət də səs verib, bunu istəyib, biz də bununla bağlı qərar qəbul edirik. Hələ müəyyən düzəlişlərdən sonra bu sənəddən də narazılıq varsa, mənim sözüm yoxdur”. 

KAMİL

Etikxeber.az

Read Previous

Yeni tikilən binalardan mənzil almaq üçün yeni qaydalar tətbiq ediləcək

Read Next

“Bu, həqiqətən də çox böyük göstəricidir…” – MUSA QULİYEV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir