Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ermənistanın baş naziri Nikol Paşinyan hələ Serj Sarkisyanın prezidentliyi dövründə hazırlanmış “son dərəcə məxfi” sənədə dayanaraq bildirir ki, ölkəsi iflic, hətta, tam dalana dirənmiş vəziyyətdədir. Ermənistanın belə bir vəziyyətdə olduğunu bilmək üçün hansısa gizli sənədə ehtiyac yoxdur. Forpostun keçmiş rəhbəri Robert Koçaryanın ötən həftə verdiyi intervüdə də məhz belə bir vəziyyətdən bəhs edilirdi ki, bunun da əsl səbəbi heç kimə sirr deyil.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili, politoloq Sahib Alıyev deyib.
Onun dediyinə görə, Dağlıq Qarabağ problemi həllini tapmayınca, yəni, Ermənistan yeritdiyi işğalçılıq siyasətindən əl çəkməyincə, vəziyyət belə də qalacaq, hətta, daha da pis olacaq.
“Əgər Nikol Paşinyan doğurdan da ölkəsini dalandan çıxarmaq istəyirsə, onda bu gün Xankəndində edəcəyi çıxışında bunu açıq şəkildə dilə gətirməli və bu, onun işğal altındakı Azərbaycan torpaqlarına axırıncı səfəri olmalıdır”-deyə, S. Alıyev sözlərinə əlavə edib.
Etikxeber.az