“Bu prosesdə Azərbaycan dünya dövlətləri arasında yenə də ön sırada gedir…”-FATMA YILDIRIM

Bu gün İqtisadiyyat Nazirliyi tərəfindən iqtisadi artıma və sahibkarlığa əsas dəstək alətləri açıqlanıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycanın iqtisadiyyatına, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında Sərəncamına əsasən, iqtisadiyyatin müxtəlif sahələrinə, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlar hazırlanıb.Bu məqsədlə dövlət tərəfindən 2,5 milyard manat vəsait ayrılıb.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Fatma Yıldırım bildirib.

“Bu gün bütün bəşəriyyət koronavirus bəlası ilə qarşı-qarşıyadır, dünya ölkələri bu bəladan xilas olmaq, onun vurduğu zərərləri aradan qaldırmaq, öz vətəndaşlarını qorumaq üçün öz imkanlarını səfərbər edib. Mübaliğəsiz demək olar ki, bu prosesdə Azərbaycan dünya dövlətləri arasında yenə də ön sırada gedir. Ötən müddət ərzində atılan addımlar bu faktı bir daha təsdiqləyir. Həyata keçirilən təxirəsalınmaz tədbirlər bir daha sübut edir ki, cənab Prezidentimiz İlham Əliyevin qeyd etdiyi kimi, dövlətimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır!”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

MM-in növbəti-beşinci iclası – NƏ VAXT KEÇİRİLƏCƏK?

Read Next

“Atılan addımların davamı mütləq gələcək və…”-KAMİLƏ ƏLİYEVA BANKLARI GÜZƏŞTLƏRƏ ÇAĞIRDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir