Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Baş nazirin, hökumətin meşələr və orada yetişən bəzi meyvələrin yığılmasının qarşısının alınması ilə bağlı qərar verməsi normaldır. Dünyada da belə qərar və qanunlar mövcuddur. Bu, başadüşüləndir və əslində, burada qəribə heç nə yoxdur. Bu, meşə örtüyünün korlanmasının qarşısı alınması məqsədilə verilən qərardır.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa dilə gətirib.
Bununla belə, millət vəkili burada əsas diqqət yönəldilməli olan digər mühüm bir məsələnin üzərində dayanıb.
Amma kimlərsə meşələrə, təbiətə qazanc, gəlir mənbəyi kimi baxırsa və gözünü qırpmadan meşələri məhv edirsə, bu, elə bilirəm ki, diqqət yetirilməli və qarşısı alınmalı olan əsas məsələdir. Bunun qarşısını almaq, bunu edənlərə qarşı daha çox sərt tədbirlər görmək lazımdır. İndi belə bir qərar verilib, mən də onu normal qəbul edirəm, düzgün sayıram, amma meşələrin məhv edilməsinin qarşısı alınmasa, bunun nə əhəmiyyəti, xeyri olacaq ki?!Dənizlə, dəniz qumu ilə də bağlı qərar, qanun qəbul edildi. Amma dəniz qumunun talanmasının qarşısı alındımı? Xüsusilə Ələtdə çox keyfiyyətli qırmızı qum vardı, hamısı dağıdıldı, talan edildi, kimlərinsə milyonlar qazanmasına səbəb oldu. İndi belə bir qərar verməklə nə olacaq, nə olasıdır, nə dəyişəsidir ki? Hesab edirəm ki, məsələyə mahiyyəti üzrə yanaşmaq lazımdır və bu da ondan ibarətdir ki, meşələrin məhv edilməsinin qarşısı alınmalıdır. Buna daha çox diqqət yetirilməlidir. Bu, əsas məsələyə çevrilməlidir” – deyə, millət vəkili əlavə edib.
Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, ötən il Azərbaycan meşələrindən 60 ton meyvə, ağac və kol toxumları yığılıb:
“Açığını deyim, bizim Quba, Qusar zonasındakı meşələrdə meyvələr tökülüb gedir, heç onları yığan da yoxdur. İnsanların heç öz bağındakı meyvələri yığıb satmağa o qədər də imkanları yoxdur. Amma bu qərar verilibsə, görünür nəyəsə əsasən verilib. Ancaq ümumilikdə götürəndə isə bu qərara ehtiyac yox idi. Onsuz da meşələrdə meyvələr yığılmayanda yerə tökülür, çürüyür, məhv olur.
Əgər həmin meyvələri yığıb istifadə edirlərsə, buna şad olmaq lazımdır. Buna görə cərimənin tətbiq edilməsini başa düşə bilmirəm. Tutaq ki, insanlar həmin meyvələri yığmadılar. Kim gedib onları yığacaq? O meyvələr məhv olub gedəcək. Çünki onları yığıb qurtarmaq mümkün deyil. Ümumiyyətlə, mən bu qərarı başa düşə bilmirəm”.
Etikxeber.az