“Bu qədər qərəzlilik olmaz…”-HADİ RƏCƏBLİNİN AİLƏSİNDƏN KƏSKİN ETİRAZ VƏ YA SABİQ DEPUTATLA BAĞLI DAHA BİR YALAN AYAQ TUTUB, YERİMƏDİ…

Bəzi mətbuat orqanlarında sabiq deputat Hadi Rəcəblinin avqustun 19-da nəvəsinə toy mərasimi təşkil etməsi barədə məlumatlar yayılıb. İddia edilir ki, toy mərasimində 150 nəfər iştirak edib. Bu məlumatlar həqiqəti əks etdirmir.

Etikxeber.az xəbər verir ki, bu barədə Pravda.az-a H.Rəcəblinin ailəsindən məlumat verilib.

Bildirilib ki, avqustun 19-da “ASAN Xidmət” mərkəzində H. Rəcəblinin nəvəsi Məhin Rəcəblinin nikah mərasimi olub:

“Mərasimdə neçə nəfərin iştirak etdiyini də xidmət mərkəzindən dəqiqləşdirə bilərsiniz. Gənclər daha sonra bunu öz dostları ilə dəniz kənarında – “Sea Breeze” restoranında qeyd ediblər. Mərasimdə cəmi 9 nəfər iştirak edib. Yazırlar ki, 150 nəfər iştirak edib. Bu, yalandır. Orada nə Hadi Rəcəbli, nə də ailə üzvləri iştirak edib. Xalq artisti Emin Ağalarov da orada olub. O, həm də restoranın sahibidir. Ağalarov özü də açıqlama verərək yazılanların yalan olduğunu bildirdi. Hadi Rəcəblinin nəvəsi 2 ildir ki, nişanlı idi. Məsələhət oldu ki, evliliklərini bu cür rəsmiləşdirsinlər. Bu, toy deyil axı…

Hər şey qaydaya uyğun olub. Böyük restorandır, orada 150 nəfər də ola bilərdi, bu, o demək deyil ki, hamısı bu gənclərə görə gəlib. Hansısa yazını yazmazdan öncə dəqiqləşdirmək lazımdır. Hətta yazmışdılar ki, Hadi Rəcəblinin oğlunun toyudur. Bu, necə ola bilər? Onun oğlanlarının birinin 20, o birinin isə 10 il əvvəl olub toyu… Bu qədər qərəzlilik olmaz. Hadi Rəcəblinin həyat yoldaşı, bacıları, qızları Hacı xanımdır. Deyirlər ki, Hadi Rəcəbli Məhərrəm ayında nəvəsinə toy edib. Gənclər bunu avqustun 19-da ediblər, 21-də deyil…”.

Etikxeber.az olaraq, qeyd edək ki, H. Rəcəblinin nəvəsinin nikah mərasimi ilə bağlı bir neçə gündür sosial şəbəklərdə və bəzi media quruluşlarında düzgün olmayan məlumatlar yayılmaqda, statuslar paylaşılmaqdadır.

Məlumatlarda, statuslarda qeyd olunur ki, guya H. Rəcəblinin oğluna toy mərasimi keçirilib.

Hansı ki, H. Rəcəblinin həm iki oğlu, həm də iki qızı çoxdan, uzun illər öncə ailə həyatı qurublar.

İkincisi də, H. Rəcəbli nəvə və nəticə sahibidir.

Üçüncüsü də, H. Rəcəblinin nəvəsinin sadə, heç bir karantin qaydasını pozmamaqla, nikah mərasimi olub.

Ona görə də hər kəsi obyektivliyə, dürüstlüyə, yalanlardan uzaq olmağa səsləyirik.

https://www.facebook.com/messenger_media/?thread_id=100010204681424&attachment_id=717976562384089&message_id=mid.%24cAAAAATPDNOx6UVRx_10IA6YjcYdG

Etikxeber.az

Read Previous

Fikrət Qoca “İstiqlal” ordeni ilə təltif olundu-PREZİDENT XALQ ŞAİRİNƏ ZƏNG ETDİ…- YENİLƏNİB

Read Next

Gəncədə vəzifəli şəxslərlə bağlı-ƏMƏLİYYAT KEÇİRİLDİ, HAQLARINDA HƏBS QƏTİMKAN TƏDBİRİ SEÇİLDİ…- YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir