“Bu, qadın namizədlərə göstərilən etimaddır” – YAP-ÇI DEPUTAT

Ddekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinin təbliğat kampaniyası çərçivəsində Şəki şəhərində qadın seçicilərlə görüş keçirilib.

Etikxeber.az xəbər verir ki, görüşdə seçki prosesi ilə bağlı görülən işlər barədə məlumat verilib, qarşıdan gələn bələdiyyə seçkilərinin əhəmiyyətindən danışılıb.

Qeyd edilib ki, dövlətimizin uğurlu siyasətinin nəticəsi olaraq qadınların idarəetmə orqanlarında və seçki proseslərindəki iştirakı daim artır.

Tədbirdə çıxış edən deputat, BDU-nun kafedra müdiri Kamilə Əliyeva bildirib ki, cəmiyyətdə qadınların fəallığının artırılması nəticəsində onların seçkili orqanlarda da təmsilçiliyi yüksəlib.

O, bildirib ki, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində də savadlı və layiqli qadın namizədlərin sayı kifayət qədərdir:

“Bu mənada Şəkidə də bələdiyyələrə Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən qadın namizədlər irəli sürülüb. Bu, qadınlara göstərilən etimaddır”.

Deputat Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan YAP-ın yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazandığını vurğulayıb.

Deputat Sona Əliyeva Azərbaycanda son 20 il ərzində bələdiyyə institutunun formalaşdığını və bu seçki prosesində də qadınların rolunun mühüm olduğunu bildirib.

S.Əliyeva qarşıdan gələn bələdiyyə seçkilərində qadın namizədlərin say çoxluğunun iş prosesində və həyata keçiriləcək layihələrin müsbət nəticələrlə tamamlanmasında böyük rol oynayacağına əminliyini söyləyib və bütün namizədlərə uğurlar arzulayıb.

O, vurğulayıb ki, bələdiyyə seçkiləri yerli demokratiyanın inkişafında vacib rol oynayır:

“Təbii ki, Azərbaycan dünya üçün açıq ölkədir və keçirdiymiz seçkilər dünyada diqqətlə izlənilir. Azərbaycan hüquqi və demokratik dövlətdir və mükəmməl seçki sistemi mövcuddur. İnanırıq ki, bələdiyyə seçkiləri Azərbaycanda növbəti dəfə demokratiyanın təntənəsini ifadə edəcək”.

Etikxeber.az

Read Previous

YAP-ın seçki şüarı bəlli oldu: “XALQ ÜÇÜN”

Read Next

“KamAZ” iki tələbəni vuraraq öldürdü – BAKIDA – VİDEO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir