Bu qanun 2020-ci il yanvarın 1-dən deyil, 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək…

Parlamentin növbədənkənar sessiyasının bu gün keçirilən plenar iclasında “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanuna dəyişiklik layihəsi müzakirə edilib.

Etikxeber.az xəbər verir ki, layihədə qanunun qüvvəyə minmə vaxtının uzadılması təklifi əksini tapıb.

“15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” qanunun 8-ci (Qanunun qüvvəyə minməsi) maddəsində “2020-ci il yanvarın 1-dən” sözləri “2022-ci il yanvarın 1-dən” sözləri ilə əvəz edilib.

Yəni, qanun 2020-ci il yanvarın 1-dən deyil, 2022-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Dəyişiklik layihəsi müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq qəbul olunub.

Kamil HƏMZƏOĞLU

Etikxəbər.az

Read Previous

Əmək pensiyaları ilə bağlı dəyişiklik yenidən müzakirələrə səbəb oldu

Read Next

“İstintaq orqanlarının rəhbərləri nə işlə məşğuldur?” – ZAHİD ORUC YENƏ SƏRT DANIŞDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir