“Bu qanun parlamentlə hökumət arasında qarşılıqlı əməkdaşlıq nümunəsidir” – ZİYAD SƏMƏDZADƏ

“Ələt azad iqtisadi zonası haqqında” qanuna xeyli dəyişikliklər edilib
Valeh Ələsgərov: “Azad zonada işçi dili barədə maddəyə Azərbaycan və ingilis dilləri ilə yanaşı “zərurət yarandıqda başqa dillər də” işlədilə bilər ifadəsi əlavə olunub”
Fevralın 22-də Milli Məclisin (MM) Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Etikxeber.az xəbər verir kiBirinci oxunuşdan sonra qanun layihəsinə edilmiş əlavə və dəyişikliklər barədə məlumat verən MM sədrinin müavini, təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov sənəddə redaktə xarakterli bəzi düzəlişlərin aparıldığını bildirib.Onun sözlərinə görə, əsaslı dəyişikliklər azad zona səlahiyyətli qurumunun hüquq və vəzifələrinə, idarə edilməsinə, developerin hüquq və vəzifələrinə, azad zonada gömrük işi, sərhəd rejimi, əmək qaydaları və mübahisələrin həlli qurumlarının qərarlarının icrasına dair maddələrdə edilib: “Azad zonada işçi dili barədə maddəyə Azərbaycan və ingilis dilləri ilə yanaşı “zərurət yarandıqda başqa dillər də” işlədilə bilər ifadəsi əlavə olunub”.
ziyad-2
“Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsini yeni başlanğıc kimi qiymətləndirən MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə qeyd edib ki, qanun layihəsi kifayət qədər mükəmməl hazırlanıb, dünya təcrübəsindəki ən qabaqcıl qanunlara əsaslanıb, ölkəmizdəki iqtisadi qurumların tövsiyələri sənəddə nəzərə alınıb:“Bu qanun parlamentlə hökumət arasında qarşılıqlı əməkdaşlıq nümunəsidir”.
Müzakirələrdə deputatlar Əli Məsimli, İlham Əliyev, Rafael Cəbrayılov, Vüsal Hüseynov, Milli Məclis Aparatının şöbə müdiri Nizami Səfərov qanun layihəsi barədə müsbət fikirlərini ifadə ediblər. Çıxışlarda qeyd və təkliflər də səslənib.
İclasda deputatları narahat edən məqamlara aydınlıq gətirildikdən sonra “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi ikinci oxunuşda plenar iclasa tövsiyə olunub.
Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

Afrinin daha 3 kəndi terrorçulardan təmizləndi…

Read Next

Əliyev vəkilliyin inkişafı ilə bağlı sərəncam imzaladı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir