“Bu, qanunlara zidd əməllərdir…”-EKS-DEPUTAT

Azərbaycanda koronavirusla mübarizə istiqamətində görülən işlər, həyata keçirilən qabaqlayıcı tədbirlər səmərəli nəticələr əldə etmək imkanı yaratdı.

Ölkəmizdə epidemioloji vəziyyət nəzarət altındadır.

Yoluxmaları üzə çıxacarmaq məqsədi ilə testlərin aparılması üçün tez bir zamanda 24 laboratoriya təşkil olunub.

Hər gün minlərlə test icra olunur.

Səhiyyəmizin imkanları və hazırlığı günbəgün genişləndirilir, xəstə çarpayılarının sayı getdikcə artır, modul tipli yeni-yeni klinikalar inşa edilir, tibbi personalın peşəkarlığı yüksəldilir.

Belə bir fonda mayın əvvəllərindən karantin rejiminin yumşaldılmasına qərar verildi. Məqsəd nəzarətli qaydada tədricən vətəndaşlarımızı əvvəlki həyat tərzinə qaytarmaq, onların əmək, sosial fəaliyyətlərini bərpa etmək idi.

Təəssüflər olsun ki, insanların çoxu təhlükənin sovuşduğunu zənn etdi,rəsmi xəbərdarlıqlara, tövsiyələrə məhəl qoymadı,özünüqoruma tədbirlərinə əməl etmədi. Maska,əlcək,dezinfeksiya vasitələri,məsafə unuduldu.

Nəticədə bütün bunlar yenidən infeksiyanın sürətlə yayılmasına səbəb oldu.

Son günlərin yoluxma statistikası vəziyyətin ciddiliyindən xəbər verir.

Bu səbəbdən qoruyucu vasitələrdən istifadə edilməməsinə görə cərimələr tətbiq olundu, həftəsonu qapanma tədbirlərinə qərar verildi.

Hökumətin addımlarına dəstək vermək əvəzinə, bəzi sosial şəbəkə istifadəçiləri yenidən öz ampluasındadılar.

Onlar yenidən sosial platformaları yanlış fikirlərlə yükləyir,adamları çaşdırır, mənasız, heç bir elmi,hüquqi dəlillərə söykənməyən müzakirələr aparırlar. İki günlük qapanma tədbirlərinin güya heç bir əhəmiyyəti olmadığını və insan hüquqlarına zidd olduğunu dönə – dönə təkrarlayırlar.

Əvvəla,qeyri-peşəkarların, virusologiyadan,epidemiologiyadan və ümumiyyətlə, təbabətdən anlayışı olmayanların belə mövzularda diskussiyalar təşkil etməsi,mülahizələr yürütməsi, yumşaq desək, diletantlıqdır, cəmiyyətə hörmətsizlikdir.

Digər tərəfdən bu, qanunlara zidd əməllərdir.

Axı, həm milli qanunvericiliyimizdə, həm də qoşulduğumuz beynəlxalq konvensiyalarda mövcud epidemioloji vəziyyətlərdə hərəkətlərin məhdudlaşdırılması zəruri tibbi və hüquqi addım kimi təsbit edilir.

Hər kəs başa düşməlidir ki, insanların həyatını, sağlamlığını və genefondumuzu qorumaq hər şeydən üstündür.

Bu, bizim dövlətimizin siyasətinin təməl prinsipidir.

Odur ki, koronavirusla mübarizə hər birimizin həyat tərzinə çevrilməlidir və biz dövlıtimizlə həmrəylik nümayiş etdirməliyik.

Mayis SƏFƏRLİ,

Eks-deputat

Etikxeber.az

Read Previous

Metamfetamin (Şüşə) nədir?-RAQİF ALLAHVERDİ YAZDI

Read Next

Deyirlər ki…Faktlarla oynamaq olmaz!-KAMİL HƏMZƏOĞLU YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir