Bu qanunun maddələri Konstitusiyamıza ziddir – DEPUTATDAN VİTSE-SPİKERƏ İRAD GƏLDİ – YENİLƏNİB

Milli Məclisin (MM) fevralın 13-də keçirilən iclasında  “Ələt azad iqtisadi zonası haqqında” yeni qanun layihəsi müzakirə olunub. 

Etikxeber.az xəbər verir ki, qanun layihəsi barədə MM sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov məlumat verib.

valeh-aleskerov

O, bildirib ki, bu sənəd prezidentin “Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən hazırlanıb: “ “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsini dövlətimizin başçısının “Azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi haqqında” 2017-ci il 31 may tarixli sərəncamına əsasən təşkil edilmiş İşçi Qrup hazırlayıb. Sənədi hazırlayan mütəxəssislər, hüquqşünas və ekspertlər dünyada gedən proseslərə ciddi diqqət yetiriblər. Azad iqtisadi zonalara dair beynəlxalq qanunvericilik dərindən öyrənilib və ən uğurlu nəticələr verən, investorlar üçün əlverişli şərait yaradan müddəalar əsas götürülüb. Qanun layihəsi 5 fəsil, 30 maddədən ibarətdir”.

***

Sonra qanun layihəsi ətrafında müzakirələr başlayıb.

“Biz  komitə iclasında da qanun layihəsindəki əksini tapan və Konstitusiya ilə ziddiyyət təşkil edən məqamlara iradlarımızı  bildirdik. Ancaq Valeh müəllim, siz yenə eyni qaydada, dəyişiklik aparmadan bizə qanun layihəsini təqdim etdiniz”.

Bunu müzakirələr zamanı deputat Qüdrət Həsənquliyev deyib.

Deputat xatırladıb ki, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində qanun layihəsinin müzakirəsi zamanı sədr V. Ələsgərov onları “vətənpərvər” adlandırıb: “Ancaq mən özümü həqiqi vətənpərvər  hesab edirəm. Buna görə də deməliyəm ki, bu qanunda Konstitusiyamıza zidd maddələr yenə əks olunub. Az qala hər şey ölkə qanunlarından daha üstün hesab olunur. Bu məqamlar  ikinci oxunuş üçün mütləq  düzəldilməlidir. Azərbaycan vətəndaşlarının   yerli məhkəmələrə , o cümlədən Avropa İnsan haqları Məhkəməsinə müraciət etmək hüququ var. Bu qanunda isə belə bir imkan onlara yaradılmayıb”.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

AMERİKANIN GÜRCÜ ORDUSU- Zahid Orucun yazısı

Read Next

“Kim desə ki, Ələt öz-özünə cəlbedicidir…” – VALEH ƏLƏSGƏROV

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir