Bu Qüds şəhəri ki, var, çox incə, həssas məsələdir… – MİRSƏMƏD YAZIR

Hamı bilir ki, bu şəhər hər üç dinin müqəddəs şəhəridir.

Hamı bilir ki, bura hər üç din üçün dəyərli bir yerdi və hamı bu şəhəri özününkü sayır.

Qüds Qədimdə yəhudilərin mərkəzi şəhəri olub

Sonra müsəmanların , daha sonra xristianların şəhərinə çevrilib.

Daha sonra uzun müddət ərəblərin, türklərin əlində olub.

Baxın , bu şəkillərdə həm yəhudi, həm xristianlar, həm müsəlmanların tarixində qeyd olunmuş yerlər təsvir olunub.

Suleymanın məbədindən bir parça
Qubbətus Səhra və Əl Aqsa məscidi
Və İsanın çarmıxa çəkildiyi yer…
(Allah bütün arzu edənlərə orda olmağı qismət etsin, İnşallah)

İndi Trampın , Birləşmiş Ştatların səfirliyini Qüdsə köçürmək qərarı yanan alovun üstünə nöyüt tökmək kimi bir şeydi..

Heç mən inanmıram ki, bu reallaşsın.

Və ya digər dövlətlər də Amerikadan nümunə götürüb , eyni addımı atsın. .. Belə şey olmayacaq!

İsrail neçə müddətdir, dövlətlərə öz diplomatik missiyalarını Qüdsə köçürməyi xahiş edir….

Amma bir-iki dövləti çıxmaq şərtilə heç bir ölkə bunu etməyib.

Edənlər də, Tel Əvivə qayıdıblar. Sonuncu iki ölkə- Kosta Rika və Salvador (2006-cı il)

BMT , digər beynəlxalq missiyalar Qüdsdə deyil, Tel -Əvivdə yerləşiblər.

Bİr tərəfdən əlbəttə müsəlman həmrəyliyi deyilən bir şey olmalıdı və bizim dövlətin də rəsmi mövqeyi odur ki, Qüds müstəqil Fələstinin paytaxtıdır.

Digər tərəfdən də, qardaş Yəhudilər Azərbaycanın beynəlxalq arenada ən yaxın tərəfdarları, İsrail bizim müdafiəçimiz, ölkəmizin müdafiə qabiliyyətinin artmasında əvəzsiz köməyini göstərmiş bir ölkədir, yaxındakı qonşudan da bizə yaxın… !

Bax elə ona görə deyirəm də, bu, çox incə məsələdir. 

MİRSƏMƏD,

Telejurnalist

Etikxeber.az

Read Previous

“Təkcə bu faktın özü…” – BAHAR MURADOVA

Read Next

Prezident Sudanın yeni səfirinin etimadnaməsini qəbul etdi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir