Bu rayonların təbii qaz təchizatı məhdudlaşdırılacaq – SABAH

Sentyabrın 11-də saat 09:00-dan Şəki rayonunun Turan qəsəbəsi və bir neçə yaşayış məntəqəsində qaz təchizatı dayandırılacaq.

“Azəriqaz” İstehsalat Birliyindən Etikxeber.az-a bildirilib ki, bu müddət ərzində orta təzyiqli yeraltı qaz xəttində sazlama işləri icra olunacaq.

Bundan başqa, qaz xətlərinin mənbəyə birləşdirilməsi, aşkar olunmuş qaz sızmalarının ləğvi məqsədilə saat 10:00-dan 17:00-dək Şamaxı rayonunun mərkəzi və 1 qəsəbədə, eləcə də saat 10:00-dan Sumqayıt şəhərinin Kimyaçılar, Kotec qəsəbələrində, Xəzər bağları yaşayış sahəsində və bir neçə məhəllədə qaz fasilələrlə veriləcək.

Etikxeber.az

Read Previous

Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı keçiriləcək – BAKIDA

Read Next

İbrahimoviçə heykəl ucaldılacaq

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir