“Bu reallıqlar fonunda seçkilərə gedirik” – ƏLİ ƏHMƏDOV YAP-IN “SEÇKİ MÜŞAVİRƏSİ”NDƏ BELƏ DEDİ.

Fevralın 10-da Yeni Azərbaycan Partiyasının (YAP) rayon və şəhər təşkilatları sədrlərinin ümumrespublika müşavirəsi keçirilib.

Etikxeber.az xəbər verir ki, Baş nazirin müavini, YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov müşavirənin aprelin 11-də ölkəmizdə keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar olduğunu bildirib.

Prezident İlham Əliyevin bu barədə sərəncam imzaladığını xatırladan Əli Əhmədov artıq Yeni Azərbaycan Partiyasının seçkilərdə prezidentliyə namizədliyinin irəli sürüldüyünü diqqətə çatdırıb:

yap-ilya

“Fevralın 8-də keçirilən Yeni Azərbaycan Partiyasının VI Qurultayında partiyamızın Sədri, cənab İlham Əliyevin prezidentliyə namizədliynin irəli sürülməsi haqqında yekdilliklə qərar qəbul olundu. Hesab edirəm ki, partiyamızın Qurultayının qərarı Azərbaycan vətəndaşlarının mütləq əksəriyyətinin birmənalı şəkildə dəstəklədiyi qərardır. Çünki Prezident İlham Əliyevin hakimiyyətdə olduğu illərdə Azərbaycan bütün sahələr üzrə böyük inkişaf mərhələsi keçib, hər bir vətəndaşın həyat səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib, bütövlükdə ölkəmizin siması köklü surətdə dəyişib. Eləcə də, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi güclənib, nüfuzu daha da artıb. YAP bu reallıqlar fonunda seçkilərə gedir. Bütün bu gerçəkliklər Prezident İlham Əliyevin reytinqini əhəmiyyətli dərəcədə yüksəldib”.

YAP Sədrinin müavini qeyd edib ki, prezident seçkilərində cənab İlham Əliyevin namizədliyinin dəstəklənməsi Azərbaycanın növbəti 7 il ərzində inkişafının dəstəklənməsi deməkdir. Bu mənada YAP-ın VI Qurultayının qərarının xalqımız tərəfindən dəstəklənməsinin ciddi əsasları var.

Azərbaycanda azad və şəffaf seçkilərin keçirilməsi üçün bütün imkanların mövcud olduğunu deyən Əli Əhmədov əvvəlki seçkilərin bu prinsiplər əsasında keçirildiyini xatırladıb. Onun sözlərinə görə, bu dəfə də YAP və onun yerli strukturlarının qarşısında dayanan əsas vəzifə növbədənkənar prezident seçkiləri kampaniyasının  seçki qanunvericiliyinə, demokrtaik pirinsiplərə uyğun qaydada keçirilməsini təmin etməkdir. Partiyamızın yerli strukturları bütün seçkilərdə bu istiqamətdə böyük fəadakarlıq göstəriblər və inanırıq ki, bu dəfə də belə olacaq.

Müşavirədə aprelin 11-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar YAP-ın yerli strukturlarına müvafiq tövsiyə və tapşırıqlar verilib.

Etikxeber.az

 

Read Previous

Millət vəkilindən məşhur olmaq istəyənlərə MƏSLƏHƏT – DÜSTUR

Read Next

İlqar Altayın da prezidentliyə namizədliyi irəli sürüldü…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir