“Bu region həm meyvəsi, həm də füsunkar təbiəti ilə seçilir…” – AZƏR BADAMOV

Bu gün Qubada ənənəvi Alma bayramı təşkil olunub. Təkcə Qubada deyil, ətraf rayonlarda da bayram ab-havası var. Prezident İlham Əliyevin aqrar sahəyə göstərdiyi yüksək diqqət və qayğının nəticəsində bu gün regionlarda kənd təsərrüfatı inkişaf dövrünü yaşayır. Xüsusilə Qubada, Qusarda, Xaçmazda yeni meyvə bağları salınır, tərəvəzçilik inkişaf etdirilir. Belə bayramların keçirilməsi aqrar sahədə yüksək nailiyyətlərin göstəricisidir.

Etikxeber.az  xəbər verir ki, bu fikirləri Qubada keçirilən Alma bayramında iştirak edən deputat Azər Badamov söyləyib.

Deputat bildirib ki, hər bir bayram, festival keçirildiyi bölgənin turizm potensialının, iqtisadi inkişafının təbliğinə də xidmət edir:

azer badam-1

“Bu gün keçirilən Alma bayramında da xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinin təmsilçiləri və çoxlu sayda digər qonaqlar iştirak edirlər. Bu bayram bütün diqqəti Qubaya yönəldib.

Bu region həm meyvəsi, həm də füsunkar təbiəti ilə seçilir. Gələn qonaqlar da təkcə Qubanın yox, bütün şimal regionunun inkişafını görürlər…”. (AZƏRTAC)

Etikxeber.az

Read Previous

“Düşmənə də,dost bildiklərimizə də…”-QƏNİRƏ PAŞAYEVADAN TÜRKİYƏYƏ DƏSTƏK ÇAĞIRIŞI

Read Next

“Paşinyan özünü necə itirdisə…” – DEPUTAT – RƏYLƏR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir