“Bu şəkil “Nicat” cəmiyyətinin keçirdiyi ll Müəllimlər qurultayında çəkilən kollektiv şəkildən götürülüb”-SOLMAZ RÜSTƏMOVA-TOHİDİ

İnternetdə AXC-nin qurucusu-dahi öndər Məhəmməd Əmin Rəsulzadənin fotoqraf Tural Hüseyn tərəfindən restavrasiya olunmuş fotosu yayılıb.

Etikxeber.az-ın xəbərinə görə, foto sosial şəbəklərdə yayıldıqdan sonra müzakirələrə səbəb olub.

Bəziləri fotonun “feyk” olduğunu, yəni, fotodakı şəxsin Rəsulzadə ilə heç bir bağlılığı olmadığını iddia ediblər.

Tanınmış tarixçi, professor Solmaz Rüstəmova-Tohidi isə fotodakı şəxsin məhz Rəsulzadə olduğunu bildirib.

“Bu şəkil 1907-ci ildə “Nicat” cəmiyyətinin keçirdiyi ll Müəllimlər qurultayında çəkilən kollektiv şəkildən götürülüb. Orijinalın bir nüsxəsi Üzeyir bəyin ev muzeyində divardan asılıb. Üzeyir bəy özü aşağı sıra soldan ikinci, Rəsulzadə -4-cü. Yuxarı sırada Haqverdiyev və Sabir…”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Sosial məsafəyə dair tələblərə riayət etməklə iyun 2-dən etibarən vətəndaşlarla birbaşa görüşlərə start verəcəyəm”-DEPUTAT 22 KƏNDİN SEÇİCİLƏRİ İLƏ GÖRÜŞƏCƏK

Read Next

“102”-yə müraciətimin səbəbi bu olub…”-Pənah Hüseyn “Pənah Hüseynin ofisində insdent” məsələsinə-AYDINLIQ GƏTİRDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir