“Bu Sərəncam birlik, bütövlük və həmrəylik çağırışımızdır” – AMAŞOV

Azərbaycan Xalq Cümhuriyyəti yaşadığımız coğrafiyada azərbaycanlı varlığının təntənəsi, əbədiyyat simvolu, tariximizi bu günümüzlə birləşdirən, gələcəyimizə körpü salan son dərəcə böyük dəyərdir.

Etikxeber.az xəbər verir ki,  bunu millət vəkili, Azərbaycan Mətbuat Şurasının (AMŞ) sədri Əflatun Amaşov deyib.

rasulzade

O, qeyd edib ki,  Azərbaycan  Prezidenti İlham Əliyevin 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan edilməsnə dair Sərəncamı bu dəyərə ehtiramın bariz nümunəsi, dövlətçilik ənənələrimizə sadiqlik ruhunun mühüm göstəricisidir.

“Bu Sərəncam həmçinin birlik, bütövlük və həmrəylik çağırışımızdır. Uca Tanrı Cümhuriyyət ilimizi xalqımız və dövlətmiz üçün düşərli eləsin. Cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətmiz və xalqımız hər zaman var olsun!” – deyə, millət vəkili sözlərinə əlavə edib.

Etikxeber.az

Read Previous

Ərdoğanla Baxçalının “İTTİFAQ ZİRVƏSİ” …

Read Next

“Tarixi qərardır…məmləkətimiz etibarlı əllərdədir!” – MİLLƏT VƏKİLİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir