“Bu sayaq durumlarda ən böyük peşəkarlıq soyuqqanlı yanaşma nümayiş etdirməkdir…”-ƏFLATUN AMAŞOV ÇAĞIRIŞ ETDİ

Məlum olduğu kimi, Azərbaycan-Ermənistan sərhəddinin Tovuz rayonu ərazisində vəziyyət gərginləşib.

Şəhidlərimiz var. Allah rəhmət eləsin, doğmalarına, yaxınlarına başsağlığı diləyirik.

Biz informasiya axınını da görürük. Döyüşlərin intensivləşdiyi yerlərdən “canlı bağlantılar” edənlər, şişirtmələrə yol verənlər var.

Cəbhədə atəşkəsin pozulduğunun müşahidə edildiyi əvvəlki illərdə də belə hallar yaşanıb.

Unutmayaq ki, bu sayaq durumlarda ən böyük peşəkarlıq soyuqqanlı yanaşma nümayiş etdirməkdir.

Rəsmi məlumatlara istinad, əldə edilmiş bilgilərin rəsmi təsdiqinə nail olmaq şərtdir.

Onu da unutmayaq ki, hətta Ordumuzun uğur qazandığını iddia edən bəzi paylaşımlar da təxribat məqsədi daşıya bilər.

Buna görə həssas davranılmalı, tələskənliyə yol verilməməlidir.

Xüsusən erməni mənbələri ilə işləyərkən diqqətli olmaq lazımdır.

Tanrı Azərbaycan əsgərini, Vətənimizi qorusun!

Əflatun AMAŞOV,

Azərbaycan Mətbuat Şurasının sədri

Etikxeber.az

Read Previous

“Ermənistan bir daha zəifliyini ortaya qoyur və bölgəmizdə sülhə, sabitliyə ən böyük maneə yaradır”- TÜRKİYƏ XİN

Read Next

Tovuz istiqamətində vəziyyət yenidən gərginləşdi-SƏRT CAVAB TƏDBİRLƏRİ GÖRÜLÜR – MN NÖVBƏTİ MƏLUMAT YAYDI VƏ… – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir