Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Azərbaycan Respublikası Prezidentinin 12 avqust Sərəncamı ilə əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 24 subartezian quyudan biri Biləsuvarın Təzəkənd kəndində qazılacaq.
Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.
“Nəzərinizə çatdırım ki, bu, son 6 ay ərzində dövlət başçısının Biləsuvar rayonunun suvarma və içməli suya tələbatının ödənilməsi istiqamətində üçüncü Sərəncamıdır. Pandemiya ilə əlaqədar, iqtisadi durğunluğun yaşandığı bu həssas və çətin dönəmdə Biləsuvarı diqqət və qayğısından kənarda qoymadığı üçün cənab İlham Əliyevə öz adımdan və seçicilərim adından minnətdarlıq edirəm. Təşəkkürlər cənab Prezident!”-deyə, o, əlavə edib.
Etikxeber.az