“Bu, son 6 ay ərzində dövlət başçısının suvarma və içməli suya tələbatın ödənilməsi istiqamətində üçüncü Sərəncamıdır”-DAHA BİR DEPUTATDAN PREZİDENTƏ MİNNƏTDARLIQ

Azərbaycan Respublikası Prezidentinin 12 avqust Sərəncamı ilə əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 24 subartezian quyudan biri Biləsuvarın Təzəkənd kəndində qazılacaq.

Etikxeber.az xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

“Nəzərinizə çatdırım ki, bu, son 6 ay ərzində dövlət başçısının Biləsuvar rayonunun suvarma və içməli suya tələbatının ödənilməsi istiqamətində üçüncü Sərəncamıdır. Pandemiya ilə əlaqədar, iqtisadi durğunluğun yaşandığı bu həssas və çətin dönəmdə Biləsuvarı diqqət və qayğısından kənarda qoymadığı üçün cənab İlham Əliyevə öz adımdan və seçicilərim adından minnətdarlıq edirəm. Təşəkkürlər cənab Prezident!”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Bunlar Türkiyə ilə Azərbaycan arasında strateji əməkdaşlığı daha da gücləndirən ən mühüm addımlardan biri olacaq”-MİLLƏT VƏKİLİ

Read Next

İlham Əliyevlə Putin nədən-DANIŞDILAR?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir