“Bu, son hədd deyil və olmayacaq, bu…” – KAMİLƏ ƏLİYEVA – RƏYLƏR

Pərvin KƏRİMZADƏ: “Bu fərman və sərəncamlar əsasında həyata keçirilən sosial paketlər isə sadə vətəndaşın rifahına birbaşa təsir göstərib, hər bir ölkə vətəndaşı artımların şəxsi büdcəsinə təsirini aydın hiss edib…”

Ölkə başçısı İlham Əliyevin 2019-cu ilin əvvəllərindən sistemli şəkildə həyata keçirdiyi sosial siyasət artıq ənənə halını alıb.

Etikxeber.az xəbər verir ki, bunu mətbuata açıqlamasında deputat Pərvin Kərimzadə deyib.

P.Kərimzadə bildirib ki, davamlı olaraq həyata keçirilən bu siyasətin məntiqi nəticəsi kimi ciddi infrastruktur layihələr, artan əməkhaqları, müavinətlər, əhalinin rifah halının yüksəldilməsi istiqamətində atılan addımlar nümunə göstərilə bilər:

“Azərbaycanda prioritet istiqamətlərdən birinə çevrilən sosial siyasət əhalinin böyük bir hissəsini əhatə edərək Azərbaycan vətəndaşının firavan yaşayışını təmin edib. Ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar sayəsində yaranan imkanlar ilk növbədə sosial məsələlərin həllinə yönəldilib”.

Deputat vurğulayıb ki, son 8 ayda əhalinin sosial müdafiəsinin gücləndirilməsi, vətəndaşların problemlərinin həlli məqsədilə Prezident İlham Əliyev müxtəlif təbəqədən olan insanların sosial müdafiəsinin güclənməsini, xüsusən Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin müdafiəsi zamanı əlil olmuş şəxslərin, şəhid ailələrin, məcburi köçkünlərin, yaşlıların müavinət və pensiyalarının xeyli dərəcədə artırılmasını nəzərdə tutan fərman və sərəncamlar imzalayıb:

“Bu fərman və sərəncamlar əsasında həyata keçirilən sosial paketlər isə sadə vətəndaşın rifahına birbaşa təsir göstərib, hər bir ölkə vətəndaşı artımların şəxsi büdcəsinə təsirini aydın hiss edib.

Əhalinin gəlirlərinin artması, sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər, minimum əməkhaqların, müavinətlərin artırılması, problemli kreditlər məsələsinin həlli, yeni iş yerlərinin açılması əhali tərəfindən olduqca müsbət qarşılanıb.

Bu ilin əvvəlində təsdiqlənən sosial paket və digər sosial təşəbbüslər 4 milyondan çox insanı əhatə edib. 2019-cu ildə 60 min yeni iş yeri açılıb, minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə – birinci dəfə 40 faiz artıb.

İkinci dəfə artırılan 40 faiz isə sentyabr ayından ödəniləcək. Minimum əməkhaqqı təxminən 2 dəfə qaldırılıb. Məcburi köçkünlərə verilən müavinət 50 faiz artıb, problemli kreditlərlə bağlı məsələ həllini tapıb, digər sosial təşəbbüslər irəli sürülüb. Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların da maaşlarında ciddi artımlar baş verib, onlar da artıq sentyabrın 1-dən maaşlarını artımla almağa başlayacaqlar”.

ilyaaaaa

parvinnnnnn

kamilla-13

P.Kərimzadə qeyd edib ki, bütün bunlar bu gün müstəqil Azərbaycanda uğurla davam etdirilən sosial siyasətin ardıcıl və davamlı olacağını göstərir.

Millət vəkili, professor Kamilə Əliyeva da Azərbaycanda aparılan islahatlar prosesinin bütün sahələri əhatə etdiyini, xüsusilə, 2018-ci ilin 11 aprel seçkilərindən və 2019-cu ilin yanvar-fevral aylarından daha geniş vüsət aldığını, insanların sosial-rifah halının təmin olunmasına, yaxşlaşdırılmasına böyük təkan verdiyini bildirib.

Qeyd edib ki, ölkə başçısının birbaşa təşəbbüsü, iradəsi və rəhbərliyi ilə keçirilən islahatlar prosesi nəticəsində bu ilin fevaral-mart və iyun aylarında ölkədə əmək haqların, pensiyaların minimum həddi iki dəfə qaldırılıb, sosial müavinətlər, tələbələrin təqüdləri və sair hiss olunacaq dərəcədə artırılıb:

“Minumim əməkhaqqı 130 manatdan 180 manata, 180 manatdan isə 250 manata, əmək pensiyaları 114 manatdan 160 manata, 160 manatdan 200 manata çatdırılıb. Eyni zamanda, 2015-ci ildə baş vermiş və insanlarımızın həyatına, sosial durumlarına ciddi və mənfi təsir etmiş iki devalvasiya nəticəsində yaranan və 3 ildən artıq hər kəsin bütövlükdə narahatlığına səbəb olan problemli kreditlərin birdəfəlik həlli istiqamətində inqilabi, cənab prezidentinin yaradıcı ziyalılarla görüşdə dediyi kimi, tarixdə analoqu olmayan addım atılıb-Fərman imzalanıb.

Yüz minlərlə ailənin, ümumilikdə 800 mindən artıq insanın narahatlığına, məhkəmə qapılarında günlərlə keçirdiyi həyəcanına, stressinə son qoyulub, 311 mindən artıq məhkəmə işi geri qaytarılıb, dayandırılıb, hüquqi qüvvəsindən salınıb. Ziyaıların, mədəniyyət, ədəbiyyat, insəsənət xadimlərinin, sənət adamlarının, yaradıcı şəxslərin, KİV-lərin problemlərinin, Azərbaycan kinosu və teatrının inkişafı, onun maddi bazasının gücləndirilməsi istiqamətində bir necə önəmli və əhəmiyyətli sənədlər imzalanıb.

Xatırlatmaq yerinə düşər ki, bu ilin fevral ayında ölkə prezidentinin yanında keçirilən sosial-iqtisadi məsələlərlə bağlı müşavirədə, həmçinin, Novruz təbrikində, eləcə də, Mərdəkan-Qala avtomobil yolunun açılışında dövlət başçısı islahatlar prosesinin davamlı olacağına, bütün sahələri, o cümlədən, məhkəmə-hüquq sistemini, səhiyyə sahəsini və digər əhatə edəcəyini, əmək haqlarının, pensiyaların, sosial müavinətlərin artımının daim prosesə çevriləcəyini bəyan edib. Qeyd edib ki,  minimum əməkhaqqı, minimum pensiyanın qaldırılması daimi proses olmalıdır. Çox əlamətdar, çox sevindirici və  çox qürurverici haldır ki, deyilən sözlər, verilən vədlər də sözlər, vədlər olaraq qalmayıb, dərhal özünün reallıqda əksini tapıb verilən fərmanlarla, imzalanan sərəncamlarla.

Ölkə prezidenti 2003-ci ilin prezident seçkiləri ilə bağlı andiçmə mərasimində bəyan etdiyi tarixi vədinə-“Mən hər bir azərbaycanlının prtezidenti olacağam” vədinə sadiqliyini daim nümayiş etdirib. Verilən vədlər, deyilən sözlər hamısı bir-bir tutulub, yerinə yetirilib, icra olunub və bu gün də eyni xətt, eyni siyasət davam etdirilməkdədir. Ölkə prezidenti bugünlədə “Əmək pensiyaları haqqında” qanuna dəyişiklikləri təsdiqləyərək, ölkədə əmək pensiyalarının minimum həddinin 200 manata çatdırılması ilə bağlı prosesduru tam yekunlaşdırıb. Artıq insanlarımızın, həssas, diqqətə və qayğıya daha çox ehtiyacı olan təbəqənin-pensiyaçılarımızın minimum pensiyası oktyabrın 1-dən azı 200 manat təşkil edəcək ki, bu da onların həyatına, dolanışığına öz müsbət təsirini göstərəcək, töhfəsini verəcək.

Ancaq bu da son hədd deyil və son hədd olmayacaq. Bunun anonsunu cənab prezident özü də verib, bəyan edib. İnanırıq və qəti əminik ki, bu istiqamətdə növbəti addımların, artımların da şahidi olacağıq. Çünki buna qüdrətli, dinamik inkişaf yolunda sürətli və sıçrayışlı addımlar atan müstəqil Azərbaycanın hər cür imkanı və potensialı var.

Artıq büdcəmiz 30 milyarda yaxınlaşmasqdadır. Bu, balaca rəqəm deyil, böyük göstəricidir. Təkcə hərbi büdcəmiz düşmən ölkənin bütövlükdə büdcəsinə bərabərdir. Eyni zamanda, 90-cı illərdə büdcəmiz cəmi yüz minlərlə ölçülürdü, hansı ki, bu gün 25 milyardı ötüb. Bunlar da hamsı ölkədə görülən işlərin, atılan addımların, bütün sahələri ağuşuna alan islahatlar prosesinin, siyasi iradənin nəticəsidir. Odur ki, artımların daim proses olacağı da mütləq və şübhəsizdir”.

K. HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

“Ancaq qızıl medal üçün mübarizə aparacağam…” – RAFAEL AĞAYEV

Read Next

Süni bığ və saqqal yapışdırıb stadiona keçən 6 qız həbs edildi – İRANDA – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir