“Bu təşkilatın layihələri bu gün də var, sabah da davam edəcək…”-EKS-DEPUTAT YAZIR

11 il əvvəl, iyunun 25-də Azərbaycanın və Rusiyanın ictimai-mədəni həyatında özünün fərqli dəsti-xəti olan bir təşkilatın – Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) yaradılması gənclər hərəkatında və milli diaspor quruculuğnda yeni bir dalğanın əsasını qoydu.

Yaradıcısı istedadlı və vətənpərvər gənc, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olan bu təşkilat öz ideya-dəsti xəttinə uyğun hədəfinə doğru ehtişamla irəlilədi və Azərbaycanlı gənclərin humanitar-mədəni platformasını yaratdı, gənclər hərəkatında yeni çığır açdı.

Belə bir adın seçilməsi də təsadüfi deyildi, ümumi tarix, mədəniyyət, xalqlar arasındakı ənənəvi dostluq telləri olan Azərbaycan və Rusiyanın müasir mədəni intibahında belə bir təşkilata həqiqi ehiyac vardı.

Azərbaycanın yaxın dostu və etibarlı tərəfdaşı olan Rusiya ilə əlaqələrin hərarətinə özünəməxsus impuls verən Rusiya Azərbaycanlı Gənclər Birliyi qısa müddətdə ictimai fəaliyyəti ilə bütün diqqətləri özünə çəkə bildi. Leyla xanım Əliyevanın gərgin əməyi sayəsində birlik Azərbaycan gənclərinin təşkilatlanması sahəsində böyük işlər gördü.

Yeni Azərbaycanın, yeni azərbaycanlıların simasını Rusiyaya tanıtmaq üçün onları bir araya toplamaq, real qüvvəyə çevirməkdə RAGB güclü siyasi iradə ortaya qoyaraq Azərbaycan xalqının tolerantlığını, bəşəriliyini, sevgisini dünyaya bəyan edir. Onun qeyd etdiyi kimi “Bizim üçün əsas Azərbaycanın qədim ənənələrini, zəngin mədəniyyətini və tarixini qoruyub saxlamaq, bütün dinlərə və xalqlara hörmətli münasibət və Rusiya cəmiyyətinə inteqrasiya olub”.Gənclər Birlyinin yaranması ilə Rusiyadakı Azərbaycan diasporunun yeni nəsli də formalaşdı.

Birlik digər təşkilatların azərbaycançılıq ideyası ətrafında birləşməsində də müstəsna rol oynayır. Təşkilat fəaliyyət göstərdiyi çox qısa bir vaxt ərzində Rusiyada yaşayan və təhsil alan soydaşlarımızı öz ətrafında birləşdirən, onların Rusiya cəmiyyətinə inteqrasiyasına dəstək verən güclü bir quruma çevrilib. Bundan başqa təşkilat Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ problemi və xalqımızın zəngin tarixi-mədəni irsinin Rusiya ictimaiyyətinə çatdırılması istiqamətində aktiv fəaliyyət göstərir, müxtəlif layihələr, tədbirlər gerçəkləşdirir.

Onun fəaliyyəti Azərbaycan diasporunun inkişafında çevik və əhatəli fəaliyyəti üçün nümunədir. Azərbaycan mədəni irsinin Azərbaycan milli-mədəni dəyərlərinin qorunması, sosial, bədii, təhsil təşəbbusləri, Azərbaycan gənclərinin dəstəklənməsi, Azərbaycan gənclərinin inkişafının təbliği, Rusiya cəmiyyətinin mədəni həyatında Azərbaycan gənclərinin daha yaxşı inteqrasiyası, təhsilin inkişaf etdirilməsi sahəsində gördüyü işlər konkret öz müsbət nəticələrini verir. Leyla xanım Azərbaycan həqiqətlərinin dünyaya təqdim edilməsində də olduqca geniş və çoxşaxəli istedadlı işlər görməkdədir.

O, həqiqətən milli və azərbaycançılıq ruhunnda təkrarolunmaz fəaliyyəti ilə seçilir. Onun Ermənistanın işğalçılıq siyasətini ifşa edən çıxışları Rusiyadakı Azərbaycan lobbisi üçün yeni fəaliyyət proqramı yaradır. Onun üçün Qarabağ mövzusu çox həssas mövzudur. Rusiya Azərbaycanlı Gənclər Birliyinin Moskvada keçirilən forumlarında Leyla xanım hər zaman ilk növbədə Azərbaycan gəncliyinə tariximizə, milli keçmişimizə dərin bağlılığı təşviq edir, erməni terrorizminin simasını təqdim edir və hər bir həmvətənlimizi ermənilərin təcavüzkar siyasətinə biganə qalmamağa çağırır, “Xocalıya ədalət” tələb edir:

“Biz hər zaman Xocalı faciəsinin qurbanlarına həsr olunan tədbirlər keçiririk. Çox vacibdir ki, dünya ictimaiyyəti bu hadisəyə hüquqi qiymət versin. Belə hadisələr bir daha təkrarlanmasın. Xocalı soyqırımını onlarla ölkə, ABŞ-ın bir neçə ştatı və İslam Əməkdaşlıq Təşkilatı tanıyıb. Lakin biz bununla kifayətlənməyəcək, səylərimizi davam etdirəcəyik. İnanırıq ki, ədalət zəfər çalacaq, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq, bütün qaçqın və məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaq”.

Xeyirxah və faydalı işlər görən RAGB həm də rus cəmiyyətində fədakar xeyirxahlıq obrazını formalaşdırıb. Uşaq evlərini, qocalar evlərini ziyarət edən, ehtiyacı olanlara yardım əlini uzadan Leyla Əliyeva Rusiyada insanpərvərliyin sevimli simasına çevrilibdir. Leyla xanım RAGB-ın qapılarını milliyyətindən, inancından və yaşından asılı olmayaraq hər kəsin üzünə açır, xeyirxah iş görmək arzusunda hər kəs üçün açıq meydan yaradıb.

RAGB Rusiya Federasiyasının 50-dən artıq regionunda 55 nümayəndəliyini quraraq 2500-dən çox istedadlı azərbaycanlı gənci öz ətrafında birləşdirib və missiyasına uyğun olaraq sıralarını daha da genişləndirməkdədir.RAGB Leyla Əliyevanın uğur hekayələrindən biridir. Təşkilatın 11 il ərzində gördüyü işlər digərləri üçün nümunədir. Bu təşkilatın layihələri bu gün də var, sabah da davam edəcək.

Çünki onun Leyla xanım kimi fədakar, yorulmaz, istedadlı rəhbəri, hamisi var.

Vaqif ABDULLAYEV,

Eks-deputat, siyasi elmlər doktoru

Etikxeber.az

Read Previous

“Üzeyir Hacıbəyov, Abbas Zamanov, Ədil İsgəndərov, Rəsul Rza, Xudu Məmmədov, Aydın Məmmədov, Əbülfəz Elçibəy kimi aydınlar xalqın ön cərgəsində yer alsalar da…”- FAZİL MUSTAFA YAZDI, YENƏ “QARAGÜRUH”DAN SÖZ AÇDI

Read Next

“Nizami filmində “Afaq” roluna çəkilməyə dəvət etmişdilər, amma yoldaşım icazə vermədi…”-TANINMIŞ SƏNƏTKAR SƏKİNƏ İSMAYILOVA HƏMKARLARINA SƏSLƏNDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir