Bu, terrorla mübarizədə Türkiyənin legitim tələbidir – DEPUTAT AŞPA-DAN SƏSLƏNDİ – FOTOLAR

Millət vəkili AŞPA-da Türkiyə əleyhinə yalanlara sərt təpki göstərdi

AŞPA-ının payız sessiyasının ilk günü Assambleyada “Progress report” və “Türkiyədə keçirilən seçkilər” mövzusunda müzakirələrdə millət vəkili, Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva AŞPA-nın “Azad Demokratlar Qrupu” adından çıxış edərək, Türkiyə əleyhinə yalanlara cavab verib.

Etikxeber.az-ın xəbərinə görə, o, deyib ki, Türkiyə seçkilərin müşahidəsi ilə bağlı beynəlxalq missiyalarla uzun illərə söykənən əməkdaşlığa malikdir:

“Bu baxımdan, AŞPA və ATƏT müşahidəçiləri ilə yanaşı, müxtəlif beynəlxalq təşkilatlardan və parlamentlərindən çoxlu sayda müşahidəçilər 24 iyun seçkilərini müşahidə etmək üçün dəvət olunmuş və bizə məlumat verilmişdi ki, Türkiyə rəsmiləri onların Beynəlxalq Seçkiləri Müşahidə Missiyası ilə tam əməkdaşlığını bütün ölkə boyu genişləndirir. Müzakirəyə çıxarılan hesabatda isə Türkiyədəki seçkilərdə ümumi müsbət qiymətləndirməni görürəm. Bundan başqa, bu hesabatla bağlı dəqiqləşdirilməli bir sıra məsələlərə diqqətinizi cəlb etmək istərdik. Hesabatda qeyd edilir ki, seçki məntəqələrinin köçürülməsi və birləşdirilməsi xüsusi ərazilərdə seçicilərin gəlişini azaltmaq məqsədi daşıyırdı. Bu halı qeyd edən hesabat nəzərə almayıb ki, müəyyən ərazilərdə məhdud sayda seçki məntəqələrinin köçürülməsi-birləşdirilməsinin həyata keçirilməsi seçicilərin azad seçim etmək hüququna mane olan PKK/KCK kimi terror təşkilatlarının səylərinə qarşı yönəlib.

43379729_1684830871628945_7168091385260670976_n (1)

43377426_1684830878295611_8100579770779041792_n

Ağrı-Doğubeyazıtda seçkilərdən sonra müşahidəçilərin bir seçki qutusunun məhv edilməsi PKK/KCK terror təşkilatlarının seçiciləri sıxışdırmaq cəhdlərinin konkret nümunəsidir. Həmçinin, media sahiblərinin siyasi mənsubiyyətinin nəticəsi olaraq media müxtəlifliyi üzərində məhdudiyyətlərlə bağlı verilən bəyanatlar ilə bağlı narahatlığımızı ifadə etmək istərdik. Türkiyədə 1700-dən artıq media və kütləvi informasiya vasitələri var. İfadə azadlığı və informasiya almaq və vermək hüququ Konstitusiya ilə təmin olunub. Bundan başqa, Ali Məhkəmə Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinin tələblərinə uyğun müxtəlif və plüralist medianı təmin etmək məqsədilə müstəqil tənzimləyici orqan olaraq tənzimləyici və nəzarət fəaliyyətini həyata keçirir. Fövqəladə vəziyyətə gəlincə, bu, terrorla mübarizədə Türkiyənin legitim tələbidir. Bu, plüralist və həqiqi demokratik seçkilərin aparılmasına mane olmur. Seçkilər bir çox ölkələrdə fövqəladə vəziyyət şəraitində keçirilib”.

O, xatırlaqdıb ki, 2017-ci ildə Fransada keçirilən seçkilər faktiki olaraq bunun son nümunələrindən birini təşkil edir:

“Bütün bunları nəzərə alaraq biz, təmsil etdiyim Azad Demokratlar Qrupu inanırıq və bəyan edirik ki, Türkiyədə seçkilər azad, demokratik və bütün aspektləri ilə yüksək səviyyədə, beynəlxxalq normalara uygun keçirilib. Biz eyni zamanda Türkiyənin Avropa Şurası dəyərlərinə sahib olmaqda davam edəcəyinə inanır və onun bu addımlarını dəstəkləyirik”.

Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

Hava hücumundan müdafiə bölmələrinin təlim-məşqləri keçirildi – FOTOLAR

Read Next

“Milan Ekspo 2015”-dəki mili pavilyon Dənizkənarı Milli Parkda yenidən quruldu – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir