“Bu, Trampa “bizimlə ol” çağırışıdır” – POLİTOLOQ

“Qazaxıstan paytaxtında Rusiya ilə Türkiyə arasında Suriya görüşmələrinin yanvarın 23-də təşkil olunmasının Amerika ilə əlaqəsi də var. Donald Trampın andiçmə mərasimi yanvarın 20-də olacaq, 3 gün sonra isə Astanada zirvə görüşü keçiriləcək. Ankara və Moskva Astana görüşünə Amerikanı da dəvət edəcəklər. Bu bir növü yeni prezident Donald Trampa “bizimlə ol” çağırışıdır”.

Etikxeber.az xəbər verir ki, bunu  politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, Tramp ta əvvəldən beynəlxalq terrorçulara qarşı mübarizədə Rusiya ilə əməkdaşlığa çalışacağını bəyan edib. İndi isə Moskva Ankara ilə birgə Trampa bu şəraiti yaratmaq istəyir.

“Əlbəttə, Tramp Astanaya gedəsi deyil, ancaq nümayəndəsini həmin görüşə göndərə bilər. Sadəcə, Vaşinqton üçün bir problem var, Astanadakı zirvəyə İran prezidenti də qatılacaq, Trampın isə Tehran rejimi ilə arası yoxdur və o, Barak Obamanın İranla nüvə anlaşmasının əleyhinədir…”-deyə, o, sonra əlavə edib.

Etikxeber.az

Read Previous

Daha bir ocağa atəş düşdü…Şəhidimiz var…

Read Next

Deputatdan çağırış: “İmkanlı adamlar qazilərimizə dəstəyi özlərinə borc bilməlidir” – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir