“Bu uğura mane olan amillər və səbəblər də var ki…” – FUAD MURADOV

Bu gün Milli Məclisdə (MM) “Dayanıqlı inkişaf məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının təşviqinə dair Şərq Tərəfdaşlığı Ölkələri Parlamentlərinin cəlb edilməsi” adlı konfrans öz işinə başlayıb.

Etikxeber.az xəbər verir ki, konfrans MM, “Avronest” Parlament Assambleyasının (PA) Sosial məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyətləri üzrə Komitəsi, Əhali və İnkişaf üzrə Avropa Paralamenti Forumunun və BMT-nin Azərbaycandakı səfirliyi tətəfindən təşkil edilib.

Konfransı giriş sözü ilə Azərbaycanın “Avronest” PA-dakı nümayəndə heyətinin rəhbəri Fuad Muradov açıb.

O, qeyd edib ki, gender bərabərliyi və qadın sağlamlığı məsələsində Azərbaycan bir sıra uğurlar əldə edib.

Onun sözlərinə görə, ancaq bu uğura mane olan amillər və səbəblər də var:

“Bu amillərin ən əsası da Ermənistanın Azərbaycana qarşı təcavüzdür”.

Etikxeber.az

Read Previous

BABA 80 YAŞLI NƏVƏNİ NECƏ FOTOQRAF ETDİ? – Akademikin yazısı

Read Next

“Bizim imkanlarımız, resurslarımız imkan verir ki…” – MM SƏDRİNİN MÜAVİNİ – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir